bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil edilməsi barədə birbaşa göstəriş olsun. Yeni
qanun tətbiq olunanda əvvəlki müqavilə şərtləri öz hüquqi qüvvəsini itirir. Bu yolla mülki dövriyyənin inkişafı-
na mane olan müqavilə şərtləri aradan qaldırılır və iqtisadi dövriyyə münasibətlərinin dinamikliyi təmin edilir.
Belə təsəvvür yaranır ki, sivil və inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində müqavilə azadlığı prinsipi müt-
ləq (qeyri-məhdud) xarakterə malik ola bilməz. Belə ki, bu prinsip dövlət mənafeyi üçün və ya ictimai mənafe
üçün məhdudlaşa bilər. Bu, onu ifadə edir ki, normativ aktlarda subyektlərin həyata keçirdiyi müqavilə azadlığı
prinsipinin məhdudlaşdırılmasını şərtləndirən məcburi qaydalar (imperativ normalar) nəzərdə tutula bilər. Mü-
qavilə azadlığının hədlərini müəyyənləşdirməyin vacib, sözün həqiqi mənasında, gündəlik praktiki əhəmiyyəti
vardır.
Müqavilə azadlığı prinsipi inhisarçılıq fəaliyyəti ilə əlaqədar olaraq məhdudlaşdırıla bilər. Belə ki, bəzi tə-
sərrüfat subyektləri özlərinin hökmran mövqeyindən sui-istifadə edərək, inhisarçılıq fəaliyyəti göstərirlər. Bu
cür hərəkətləri ilə onlar rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olurlar.
Həmin təsərrüfat subyektləri istehlakçılarla müqavilə bağlayarkən qiymət barədə müqavilə şərtini sərbəst surət-
də müəyyənləşdirə bilməzlər. Onların məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti müəy-
yən olunur, bəzi hallarda isə bazar qiymətinin yol verilən həddi tətbiq edilir. Əgər zəruri olarsa, müvafiq dövlət
orqanları həmin təsərrüfat subyektləri tərəfindən barter əməliyyatlarının aparılmasını, yəni dəyişmə müqaviləsi
bağlanmasını qadağan edə bilər («Antiinhisar fəaliyyəti haqqında» qanunun 14-cü maddəsi). Həmin orqanların
ixtiyarı vardır ki, müqavilələrin məhdudlaşdırıjı bəndlərini (şərtlərini) ləğv etsin.
413
Müqavilə azadlığı prinsipinin mütləq, yəni qeyri-məhdud dərəjədə tətbiqi hüquqdan sui-istifadə halına sə -
Dostları ilə paylaş: |