2. Əmlak və təşkilati müqavilələr
Müqavilələr, onların əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına yönələn ictimai münasibət-
lərin xarakterinə görə iki yerə bölünür: əmlak müqavilələri; təşkilati müqavilələr.
Ə
mlak müqavilələri odur ki, bu müqavilələr iqtisadi dövriyyə münasibətlərini (əmtəə mübadiləsini) rəsmi-
ləşdirir və maddi nemətlərin (və ya digər nemətlərin) bir şəxsdən digərinə keçməsinə yönəlir. Başqa sözlə de-
sək, bu müqavilələr maddi nemətlərin mübadilə prosesinə toxunur və əmlakın verilməsi ilə bağlı (məsələn, alqı-
satqı, dəyişmə), xidmət göstərilməsilə bağlı (məsələn, daşıma, saxlama, sığorta), iş görülməsi ilə bağlı (məsə-
lən, podrat) əmələ gələn münasibətləri tənzimləyir. Belə təsəvvür yaranır ki, əmlak müqavilələri maddi nemət-
lərin mübadilə prosesi ilə əlaqədar olaraq tərəflər üçün bilavasitə hüquq və vəzifələr əmələ gətirir. Onların hü-
quqi səmti və istiqaməti əmtəə mübadiləsi ilə bağlı hüquqi nəticə əldə edilməsindən ibarətdir.
Müqavilələrin əksəriyyəti əmlak müqavilələridir. Bu müqavilələrə əsas müqavilələr daxil edilir. Alqı-satqı,
icarə, kirayə, daşıma, sığorta, kredit və digər müqavilələr əsas müqavilələr hesab edilir və ona görə də onlar
ə
mlak müqavilələrinə şamil olunurlar.
Dostları ilə paylaş: |