di). Özü də dərhal qeyd etməliyik ki, bu hüquqdan yalnız açıq hərraj təşkilatçısı, yəni açıq auksion və açıq mü-
sabiqə təşkilatçısı istifadə edə bilər. Qanun qapalı hərraj (qapalı auksion və qapalı müsabiqə) təşkilatçısına bu
cür hüquq vermir. Əgər qapalı hərraj təşkilatçısı bildiriş göndərdikdən sonra hərrajın keçirilməsindən imtina
edərsə, onda bu hal pozuntu hesab edilir və o, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəyir.
Açıq hərraj təşkilatçısına gəldikdə isə qeyd etmək lazımdır ki, qanun ona istənilən vaxt hərrajın keçirilməsin-
dən imtina etmək hüququ vermişdir. Lakin bu hüquq mütləq, qeyri-məhdud xarakter daşımır. Belə ki, onun bu
440
hüququ qanunla nəzərdə tutulan müddətlə məhdudlaşır. Açıq auksion təşkilatçısı auksionun keçirilməsi gününə
yalnız ən geji üç gün qalmış, açıq müsabiqə təşkilatçısı isə müsabiqənin keçirilməsinə yalnız ən geji otuz gün
qalmış imtina etmək hüququndan istifadə edə bilərlər. Əgər göstərilən müddətləri pozmaqla təşkilatçı hərrajın
keçirilməsindən imtina edərsə, onda bu hal mülki hüquq pozuntusu hesab edilir. Təşkilatçı bu cür məqamlar-
da iştirakçılara dəyən real zərərin əvəzini ödəyir. mtina barədə qanunun göstərişi dispozitiv xarakterə ma-
likdir. Belə ki, hərrajın keçirilməsi barədə bildirişdə ayrı qayda da nəzərdə tutula bilər. Beləliklə, açıq hərraj
təşkilatçısı yalnız nəzərdə tutulan müddətlərdə, yəni tələb olunan müddətə əməl etməklə hərrajın keçirilməsin-
dən imtina edə bilər. Qapalı hərraj təşkilatçısı isə müddətdən asılı olmayaraq, bu cür hüquqdan məhrumdur.
Təkjə hərraj təşkilatçısı yox, həm də iştirakçılar müəyyən vəzifə daşıyırlar. Beh vermək onların daşımalı oldu-
ğ
u əsas vəzifədir. Bu cür vəzifə, əsasən, iki təyinatla şərtlənir. Beh verilməsinin birinji təyinatı hərrajın keçirilməsi
nəticəsində əmələ gələn öhdəliyin icrasını təmin etməkdən ibarətdir. Onun ikinci təyinatı hərrajda jiddi olmayan
subyektlərin iştirakının qarşısını almaqdan ibarətdir.
Behin məbləği, onun verilmə müddəti və qaydası hərrajın keçirilməsi haqqında bildirişdə göstərilir. Elə hal-
lar olur ki, hərraj keçirilmir. Belə halda beh qaytarılır. Hərrajda iştirak edən, lakin onu udmayan şəxslərin də
behi onların özlərinə qaytarılır.
Hərrajı udmuş şəxsin verdiyi beh məbləği ona qaytarılmır. Belə ki, onunla müqavilə bağlanır və həmin beh
Dostları ilə paylaş: