auksion və açıq müsabiqə odur ki, burada istənilən şəxs çıxış edə bilər. Qanun bu barədə hər hansı bir məhdu-
diyyət müəyyən etmir. Qapalı auksion və qapalı müsabiqə odur ki, burada yalnız bu məqsəd üçün dəvət olu-
nan şəxslər iştirak edir. Deməli, birinji halda iştirakçıların dairəsi əhatəli, qeyri-məhduddursa, ikinci halda onla-
rın sayı xeyli dərəjədə azalır, məhdudlaşır.
Hərraj qanunda nəzərdə tutulan qaydada təşkil edilir və keçirilir (MM-in 415-ji maddəsi). Hər şeydən əvvəl,
təşkilatçı hərrajın keçirilməsi barədə bildiriş verir. Bildiriş hərrajın keçirilməsinə ən geji otuz gün qalmış ve-
rilir. Öz hüquqi xarakterinə və təbiətinə görə bildiriş birtərəfli əqddir. Ona görə də o, hüquqi nəticə əmələ gə-
tirir. Bildirişdə zəruri sayılan bu və ya digər məlumatlar göstərilir: hərrajın vaxtı, yeri və forması; hərrajın pred-
meti və keçirilmə qaydası; hərrajda iştirakın rəsmiləşdirilməsi; başlanğıj qiyməti haqqında məlumat;
qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar. Əgər hərrajın predmeti müqavilə bağlamaq hüququdur-
sa, qarşıdakı hərraj barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (MM-in 415-ji maddəsinin
2-ji bəndi). Deməli, hərrajın keçirilməsi haqqında bildiriş vermək hərraj təşkilatçısının daşımalı olduğu əsas və-
zifədir.
Hərraj təşkilatçısına təkjə vəzifə həvalə olunmur. O, həm də hüquqlara malikdir. Belə ki, hərraj təşkilatçısı-
Dostları ilə paylaş: |