Microsoft Word mulki huquq doc


kəndə alqı-satqı; malların gönd



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1414/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1410   1411   1412   1413   1414   1415   1416   1417   ...   1820
kəndə alqı-satqı; malların göndərilməsi (tədarük müqaviləsi); daşınmaz əşyaların alqı-satqısı; tələblərin 

və digər hüquqların alqı-satqısı; faktorinq; sınama üçün alqı-satqı. Bunları alqı-satqının xüsusi növləri he-

sab etmək olar. MM-in alqı-satqının növləri barədə müəyyən etdiyi bu siyahını qəti hesab etmək olmaz. Ona 

görə ki, elə alqı-satqı müqavilə növləri vardır ki, belə müqavilələr xüsusi qanunlarla tənzimlənir. Məsələn, qiy-

mətli kağızların alqı-satqı müqaviləsi «Qiymətli kağızlar haqqında» AR Qanunu ilə, valyuta sərvətlərinin alqı-

satqı müqaviləsi «Valyuta tənzimi haqqında» AR Qanunu ilə və AR Mərkəzi Bankının aktları ilə nizama salı-

nır.  Alqı-satqının  bir  növü  olan  elektrik  və  istilik  enercisinin  alqı-satqı  müqaviləsi  MM  normaları  ilə  yox, 

«Elektroenergetika haqqında» AR Qanunu ilə nizama salınır. 

Alqı-satqının bir növü kimi xüsusi mənada alqı-satqı müqaviləsini (alqı-satqının özünü) fərqləndirmək 

lazımdır. Xüsusi mənada alqı-satqı alqı-satqı barədə ümumi müddəalarla (29-cu fəslin 1-ci paraqrafı) nizama 

salınır. Məsələn, vətəndaşlar arasında bağlanan və məişətdə istifadə edilən müxtəlif daşınar əmlak növlərinin 

(avtomobil, mebel, avadanlıq və s.) alqı-satqı müqaviləsi xüsusi mənada alqı-satqı müqaviləsinə misal ola bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1410   1411   1412   1413   1414   1415   1416   1417   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin