Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1411/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1407   1408   1409   1410   1411   1412   1413   1414   ...   1820
dərəcədən, xüsusən Vyana konvensiyasının müddəalarından istifadə edilmişdir

Vyana  konvensiyası  beynəlxalq  mal  alqı-satqı  müqaviləsində  tərəf  kimi  iştirak  edənlərin  aralarında  əmələ 

gələn münasibətləri tənzim edir. Konvensiya əmlakı alıcıya verməyi satıcının əsas vəzifəsi kimi müəyyənləşdi-

rir. O, əmlakı bütün sənədləri ilə birlikdə, tələb olunan miqdarda və keyfiyyətdə verməyə borcludur. Konvensi-

yaya görə alıcının əsas vəzifəsi əmlakı qəbul edib, haqqını ödəməkdən ibarətdir. Konvensiyanın müəyyən etdiyi 

həmin qaydalar, demək olar ki, yeni MM-də öz əksini tapmışdır. 

Vyana konvensiyasının 67-ci və 68-ci maddələri əmlakın təsadüfən məhv olması riskinin keçməsi qaydasını 

müəyyən edir. Riskin keçməsini müəyyən edən MM-in 571-ci maddəsi bu barədə Vyana konvensiyasının müd-

dəalarına çox yaxındır. Konvensiyanın 31-ci maddəsi mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsini şərtlən-

dirən məqamı, yəni satıcının əşyanı vermək vəzifəsinin icrası vaxtını və anını müəyyən edir. MM-in bu məsələ-

yə aid olan 570-ci maddəsi satıcının əmlakı vermək vəzifəsinin icrası məqamının müəyyən edilməsini Vyana 

konvensiyası ilə analoji qaydada həll edir. 

Konvensiyanın qaydaları bəzi alqı-satqı münasibətlərinə şamil edilmir: şəxsi, ailə və ya məişət (ev) ehtiyaj-

ları üçün mal alınması halına; hərrajda keçirilən satışa; fond kağızlarının, səhmlərin, dövriyyə sənədlərinin satı-

ş

ına;  su  və  hava  nəqliyyatının  alqı-satqısına;  elektrik  enercisinin  satışına.  Konvensiyanın  bu  göstərişləri  yeni 



MM-də (605-ci maddə) əsasən öz əksini tapmışdır.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1407   1408   1409   1410   1411   1412   1413   1414   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin