və alıcı başa düşülür. Mülki (əmlak) dövriyyənin hər hansı bir iştirakçısı (fiziki və hüquqi şəxslər, bələdiyyə,
dövlət) bu müqavilədə tərəf rolunda — həm satıcı, həm də alıcı rolunda çıxış edə bilər. Bununla belə, mül-
ki hüquq subyektlərinin alqı-satqı münasibətlərində iştirak etmək imkanı iki amillə şərtlənir: onların tərəf kimi
iştirak etdiyi müqavilənin təbiəti və xarakteri ilə (məsələn, dövlət pərakəndə alqı-satqı müqaviləsində tərəf
kimi çıxış edə bilməz); subyektlərin hüquqi statusu ilə (onların mülki hüquq subyektliyi, mülki hüquq qabi-
liyyəti, fəaliyyət qabiliyyəti, əmlak üzrə əşya hüququnun xarakteri və s.).
Mülki (əmlak) dövriyyədə alqı-satqı münasibətlərində tərəf qismində çıxış edən əsas iştirakçılar fiziki şəxs-
lərdir. Fiziki şəxslər bu cür münasibətlərə girərkən mülki qanunvericiliyin mülki hüquq qabiliyyəti və fəaliyyət
qabiliyyəti haqqında ümumi tələbləri həddində hərəkət edirlər. Onların alqı-satqı müqaviləsi bağlamaq imkanı
mülki hüquq subyektliyinin elementləri olan hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin həcmi ilə müəy-
yən edilir. Belə ki, müqavilədə tərəf kimi yetkinlik yaşına çatan, yəni 18 yaşı tamam olan və qanunla müəy-
Dostları ilə paylaş: |