Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1448/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1444   1445   1446   1447   1448   1449   1450   1451   ...   1820
nunu əmələ gətirir

Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alqı-satqı müqaviləsində nə-

zərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya 

verməyə borcludur (MM-in 568.1-ci maddəsi). 

Satıcının  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulan  əşyanı  alıcıya  vermək  vəzifəsi  qanunda  nəzərdə  tutulan 



hərəkətlərin edilməsini, bir sıra tələblərə (şərtlərəəməl olunmasını əhatə edir. Yalnız bu tələblərə riayət 

edilməsi  satıcının  əsas  vəzifəsinin  –  əşyanın  alıcının  mülkiyyətinə  verilməsi  vəzifəsinin  gerçəkləşdirilməsini 

şə

rtləndirir. Onu da qeyd etmək zəruridir ki, bu tələblərin (şərtlərin) əksəriyyəti Vyana konvensiyasından iqti-



bas edilmişdir. Göstərilən tələblərə (şərtlərə) daxildir: 

  əşyanın  təhvil  vermək  yolu  ilə  və  ya  alıcının  ixtiyarına  vermək  yolu  ilə  alıcıya  çatdırılması  (MM-in 



570.1-ci və 570.2-ci maddələri); 

 əşyanın yardımçı əşya ilə, habelə əşyaya aid olan sənədlərlə birlikdə verilməsi (MM-in 568.2-ci maddə-



si); 

 əşyanın üçüncü şəxslərin hüquqlarından azad şəkildə verilməsi (MM-in 572-ci maddəsi); 



 satılan əşyanın nəzərdə tutulan miqdarda verilməsi (MM-in 577-ci maddəsi); 

 satılan əşyanın tərəflərin razılığı ilə əyyən edilən çeşiddə verilməsi (MM-in 579-cu maddəsi); 



 satılan əşyanın alqı-satqı müqaviləsində nəzərdə tutulan keyfiyyətdə verilməsi (MM-in 581-ci maddəsi); 

  satılan  əşyanın  müqavilənin  komplektlik  haqqında  şərtlərinə  uyğun  gəlməklə,  yəni  komplektləşdirici 



məmulatlarla birlikdə verilməsi (MM-in 590-jı maddəsi); 


 

459


 müqavilədə nəzərdə tutularsa, malın komplekt (dəst) şəklində verilməsi (MM-in 591-ci maddəsi); 

 əşyanın alıcıya tara və qabda verilməsi (MM-in 593-cü maddəsi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1444   1445   1446   1447   1448   1449   1450   1451   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin