zini (əmlakı) tam həcmdə ödəyir. Özü də satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məh-
dudlaşdırılması barədə tərəflərin razılığa gəlmələri etibarsızdır.
Ə
mlak geri alındığı halda alıcı satıcıya onun əldə etdiyi əşya üçün verdiyi pul məbləğini qaytarmaq tələbi
irəli sürə bilər. Bu tələb ödənilmədikdə alıcı satıcıya məhkəmə qaydasında reqres iddiası verir (latınja
«regressus» - qayıtma, geriyə hərəkət). Reqres iddiası (geriyə tələb) alıcının satıcının təqsiri üzündən üçüncü
şə
xsə verdiyi əmlakın qiymətini geriyə ödəmək tələbidir.
Alıcının satıcını işdə iştiraka cəlb etmək vəzifəsini yerinə yetirməməsi müəyyən hüquqi nəticələrə səbəb
olur. Bu nəticə ondan ibarətdir ki, satıcı alıcı qarşısında məsuliyyətdən azad edilir. Bunun üçün zəruridir ki,
satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geriyə alınmasına yol verməyə biləjəyini sübuta yetirsin
(MM-in 574.2-ci maddəsi).
|