Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1470/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1466   1467   1468   1469   1470   1471   1472   1473   ...   1820
ölçüsü kimi, həm də kəmiyyət ölçüsü kimi çıxış edir. Məsələn, iki yüz manat məbləğində dəftərxana ləvazi-

matı və s. Müxtəlif adlı mal satılarkən onlardan hər birinin miqdarı ayrıca göstərilir. 

Qanun alqı-satqı müqaviləsində satılan əşyanın miqdarını yox, yalnız onun miqdarının müəyyən edilməsi 

qaydasının nəzərdə tutulmasının mümkünlüyü haqqında göstəriş ifadə edir. Əşyaların miqdarı haqqında şərt 

müqavilədə  onun  müəyyənləşdirilməsi  qaydasının  təyin  edilməsi  yolu  ilə  razılaşdırıla  bilər  (MM-in  577.1-ci 

maddəsi).  Məsələn,  vətəndaşların  alıcı  (abonent)  rolunda  çıxış  etdiyi  enerci  təjhizatı  müqaviləsində  satılan 

elektrik enercisinin miqdarı göstərilmir. Belə ki, vətəndaş elektrik enercisindən məişət ehtiyajları üçün lazımi 

və zəruri miqdarda istifadə etmək ixtiyarına malikdir. Belə halda elektrik enercisinin miqdarı onun faktiki isteh-

lakı (nə qədər istifadə olunması) nəzərə alınmaqla müəyyən edilir. Tədarük (mal göndərmə) müqaviləsində tə-

rəflər bir illik, yarımillik müddətə göndərilən malın həcmi barədə razılığa gələ bilərlər. 

Əş

yaların miqdarı haqqında müqavilə şərtinin pozulması əyyən nəticələrə səbəb olur. Nəticələr tərəfin 



yol verdiyi pozuntudan asılı olaraq müxtəlifdir. Satıcı tərəfindən əşyanın miqdarı barədə şərtin lazımi qaydada 

yerinə yetirilməməsinin iki halı fərqləndirilir: 

 müqavilədə nəzərdə tutulandan az miqdarda mal verilməsi (az mal göndərmə); 



 müqavilədə nəzərdə tutulandan çox miqdarda mal verilməsi (çox mal göndərmə). 

Göstərilən bu pozuntulardan hər biri müxtəlif nəticələrin baş verməsinə səbəb olur. 

Birinci halda, yəni satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə nəzərdə tutulduğundan az miq-

darda mal verdikdə alıcı alternativ (mümkün olan bir neçə variantdan birinin seçilməsi) hüquqa malik olur: 

 satıcıdan çatışmayan miqdarda əşya verilməsini tələb etmək



 verilmiş əşyadan və onu ödəməkdən imtina etmək

 əşyanın qiyməti ödənildiyi halda pul məbləğinin qaytarılmasını tələb etmək



kinci halda, yəni satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu 

barədə satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin 

şə

rtinin pozulması aşkar edilmiş olduqdan sonra ağlabatan müddətdə bildiriş verir. Alıcının bildirişini aldıq-



dan sonra satıcı ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə sərənjam verə bilər. Əgər satıcı malların artıq 

hissəsinə sərənjam verməsə, alıcı mümkün olan iki alternativ variantdan birini seçir: 

 əşyanın artıq (çox) hissəsini qəbul etmək və müqavilə qiyməti ilə artıq hissəni ödəmək



  əşyanın  artıq  hissəsinə  satıcının  sərənjam  verməsini  və  bu  məqsədlə  artıq  hissənin  götürülməsini 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1466   1467   1468   1469   1470   1471   1472   1473   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin