masını tələb etmək;
●
verilmiş əşyaların hamısını qəbul etmək (MM-in 580.2-ci maddəsi).
Axırınjı hal onu ifadə edir ki, alıcı alqı-satqı müqaviləsinə uyğun gələn əşyalarla yanaşı, həm də çeşid haq-
qında müqavilə şərtini pozan əşyaları qəbul edə bilər. Belə halda alqı-satqı müqaviləsinin çeşid haqqında şərti-
nə uyğun gəlməyən (yəni çeşid haqqında müqavilə şərtini pozan) əşyaları qəbul etmək üçün alıcının öz razılığı-
nı açıq-aşkar ifadə formasında bildirməsi tələb olunmur. Bunun üçün sadəjə olaraq zəruridir ki, alıcı həmin əş-
yaları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya bu barədə öz imtinasını bildirməsin (MM-in 580.4-cü
maddəsi). Başqa sözlə desək, alıcı pozuntu haqqında satıcıya bildiriş göndərməməlidir.
Çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən (alıcı tərəfindən sifariş verilməyən, müqavilə şərtlərini po-
zan) əşyaları alıcı öz mülkiyyətinə daxil edə bilər. Bu cür əşyaların qiyməti tərəflərin razılığı ilə müəyyən edilir.
Satıcı ilə qiymət barədə razılığa gəlmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şərait-
də analoji (oxşar) əşyalar üçün adətən alınan qiymətlə ödəyir (MM-in 580.6-jı maddəsi).
Dostları ilə paylaş: |