Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1474/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1470   1471   1472   1473   1474   1475   1476   1477   ...   1820
Satıcı satdığı malı (əşyanı) lazımi keyfiyyətdə alıcıya verməlidir. Lazımi keyfiyyət odur ki, satılan əşya 

müqavilə şərtlərinə uyğun gəlsin. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə 

borcludur (MM-in 581.1-ci maddəsi). 

Keyfiyyət haqqında şərt alqı-satqı müqaviləsinin böyük əhəmiyyətə malik olan şərtlərindən biri sayılır. La-

kin  bu  şərt  müqavilənin  mühüm  şərti  hesab  edilmir.  Keyfiyyət  haqqında  şərt  alqı-satqı  müqaviləsinin  adi 




 

465


şə

rtlərinə daxil edilir. Özü də çox vaxt bu müqavilə şərtini tərəflərin özləri müəyyən edirlər. 

Alqı-satqı müqaviləsində satılan malın keyfiyyətinə aid şərtlər və tələblər, başqa sözlə desək, malın keyfiy-

yəti müxtəlif üsullarla müəyyən edilir. Bu cür üsullara aiddir: 

 standartlaşdırma üzrə normativ sənədləri göstərmək üsulu (standart əsasında keyfiyyətin müəyyən edilmə-



si üsulu); 

 nümunə (etalon) üsulu; 



 təsvir üsulu; 

 nümunə və təsvir üsulu; 



 malın keyfiyyət göstəriciləri üsulu; 

 ilkin yoxlama üsulu. 



Qeyd etmək istəyirik ki, malın keyfiyyəti müəyyən edilərkən bəzi hallarda göstərilən bütün üsullardan eyni 

vaxtda istifadə edilir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1470   1471   1472   1473   1474   1475   1476   1477   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin