tələb etsin. Alıcı bu cür hallarda başlıja qüsur aşkar edilmiş heyvanın, quşun və balığın qiymətinin azaldılma-
sını tələb edə bilməz. Beləliklə, göstərilən vəziyyətdə müqavilə ləğv edilir, heyvan satıcıya verilir, satıcı isə al-
dığı pul məbləğini alıcıya qaytarır və ona dəymiş zərərin əvəzini ödəyir. Alıcı başqa variantdan da istifadə
edə bilər. Belə ki, o, müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alarkən başlıja qüsurlar müəyyən et-
dikdə müqavilənin ləğv edilməsini tələb etmir. Alıcı müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balı-
ğ
ın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan (quş, balıq) verilməsini tələb edir (MM-in 612.2-ci maddə-
si).
Elə də məqamlar olur ki, alıcı xəstəlik (başlıja qüsur) aşkar edilmiş heyvanı, quşu və ya balığı özünün javab-
deh olmadığı hallarla bağlı olaraq satıcıya qaytara bilmir. Alıcı heyvanı başqasına satdığı və yaxud heyvanın tə-
ləf olduğu, xəstələndiyi və ya kəsildiyi hallarda da onu satıcıya qaytara bilmir. Bu kimi hallarda da onun müqa-
vilənin ləğvini tələb etmək hüququ vardır. Heyvan, quş və ya balıq kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə
dəyərini ödəyir (MM-in 612.1.1-ci maddəsi).
Müqavilə ləğv edildiyi halda satıcı təkjə alıcının ödədiyi pul məbləğini qaytarmır və dəymiş zərərin əvəzini
ödəmir, həm də müvafiq xərcləri ödəyir. Belə ki, alıcı heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müa-
yinələrinə və qulluğuna, məjburən öldürülməsinə və uzaqlaşdırılmasına xərclər çəkə bilər. Satıcının vəzifəsidir
ki, həmin xərclərin əvəzini ödəsin (MM-in 612.1.3-cü maddəsi).
Dostları ilə paylaş: |