yetirməməyə görə məsuliyyət daşıyır. Özü də satıcının məsuliyyəti yalnız başlıja qüsurların konkret müddət-
lər ərzində aşkara çıxması halı ilə şərtlənir. Başqa sözlə desək, başlıja qüsurlar yalnız konkret müddətlər ərzində
müəyyən edildiyi hallarda, satıcı mülki-hüquqi məsuliyyətə cəlb edilir. Göstərilən həmin müddətlər qarantiya
müddətləri adlanır. Qarantiya müddətləri odur ki, bu müddət ərzində satılan heyvan, quş və balıqlarda başlıja
qüsurların olmamasına təminat verilir və həmin müddət ərzində bu cür qüsurlar aşkara çıxarsa, satıcı məsuliy-
yətə cəlb edilir.
Qanun qarantiya müddətlərini hər bir başlıja qüsura (xəstəliyə) görə dəqiq olaraq müəyyən edir (MM-in
609.2-ci və 609.3-cü maddələri). Məsələn, yeyinti məhsulları əldə etmək məqsədi ilə kəsilmək üçün alınan qo-
yunlar və keçilər ümumi hidropos xəstəliyinə görə, qaramal isə heyvanın çəkisinin yarıdan çoxunu insanın qi-
dalanması üçün yararsız etmiş vərəm xəstəliyinə görə 14 günlük qarantiya müddəti ilə satılır. Əgər 14 gün
müddəti ərzində həmin xəstəliklər aşkara çıxırsa, satıcı məsuliyyət daşıyır.
Heyvan, quş və balıq satıcısı alıcı ilə qarantiya müddətlərinin uzadılması və ya qısaldılması barədə öz
aralarında razılığa gələ bilərlər. Lakin bu razılığın hökmən yazılı formada ifadə olunması tələb olunur.
Qarantiya müddəti heyvanın, quşun və balığın təsadüfən məhv olması riskinin satıcıdan alıcıya keçdiyi gü-
Dostları ilə paylaş: |