nəzərdə tutulan malların alqı-satqısı ilə yaranan münasibətlər daxildir.
Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədi mal üzərində mülkiyyət hüququnu satıcıdan alıcıya
keçirməkdən ibarətdir. Bu müqavilə nəticəsində satıcı mala olan mülkiyyət hüququnu itirir, alıcı isə həmin
mal üzərində mülkiyyət hüququ qazanır. Belə təsəvvür yaranır ki, pərakəndə alqı-satqı müqaviləsi mülkiyyət
hüququnun əldə edilməsinin törəmə üsulu kimi satılmış malın alıcının mülkiyyətinə daxil edilməsini şərtləndi-
rən hüquqi fakt (əqd) kimi çıxış edir.
Alıcının əldə etdiyi mal üzərində mülkiyyət hüququ əldə etməsi vaxtı onun malın əvəzini ödədiyi anla şərtlə-
nir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı əşyanın əvəzini ödədiyi andan onun mülkiyyətçisi
olur. Malların pərakəndə nisyə alqı-satqısı müqavilələrində, o cümlədən alıcı tərəfindən malların hissə-hissə
ödənilməsi şərti ilə bağlanmış müqavilələrdə alıcı malın əvəzini tam ödədiyi halda onun üzərində mülkiyyət hü-
ququ əldə edir.
Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədindən fərqli olaraq onun sosial-iqtisadi məqsədi alıcının
Dostları ilə paylaş: |