sasında əldə edilən maldan istifadə məqsədləri kifayət qədər geniş və müxtəlifdir. Maldan istifadə məqsədləri-
Pərakəndə alqı-satqı müqaviləsinin əhəmiyyəti kifayət qədər böyükdür. Alqı-satqı müqaviləsinin ən geniş
485
yayılmış növü olan pərakəndə alqı-satqı müqaviləsi vətəndaşların ehtiyajlarının təmin edilməsində birinci
dərəcəli rol oynayır. ri partiyalarla satışı nəzərdə tutan topdan satışdan fərqli olaraq pərakəndə alqı-satqı vətən-
daşların gündəlik tələbatlarını ödəmək üçün malların ayrı-ayrı nüsxələrinin tək halda və az sayda (miqdarda) sa-
tılmasını ifadə edir.
Hər bir ölkədə iqtisadiyyatın əsas məqsədi əhalinin ehtiyajını təmin etməkdən və onun tələbatını ödəməkdən
ibarətdir. qtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəlməsinə xidmət
edir (Konstitusiyanın 15-ci maddəsinin 1-ci hissəsi). jtimai istehsal nəticəsində çoxsaylı istehlak predmetləri,
müxtəlif çeşiddə istehlak məhsulları, çoxişlənən mallar istehsal edilir ki, onları istehlakçılara çatdırmaq zərurəti
yaranır. Bax, pərakəndə alqı-satqı müqaviləsi bu münasibətlərdə, yəni istehlak mallarının geniş əhali kütləsinə
çatdırılmasında hüquqi forma rolunu oynayır. Bu müqavilənin vasitəsilə çoxişlənən mallar istehlakçıların sərən-
jamına verilir. Maddi nemətlərin dövriyyə prosesində hüquqi forma olmaq baxımından pərakəndə alqı-satqı
müqaviləsinin əhəmiyyəti şəksizdir. Bir sözlə, pərakəndə mal (əmtəə) dövriyyəsində bu müqavilənin rolu əvə-
zedilməzdir.
Dostları ilə paylaş: