müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli AR Qanunu vacib rol oynayır. Bu qanun fiziki şəxs olan
alıcının iştirakı ilə bağlanan pərakəndə alqı-satqı müqaviləsi ilə əlaqədar Azərbayjan Respublikasının Mülki
Məjəlləsi ilə tənzimlənməyən münasibətlərə tətbiq edilir (MM-in 614.3-cü maddəsi).
Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş « stehlakçıların maraqlarını müdafiə etmək
üçün rəhbər prinsiplər» (1985) əsasında işlənmişdir. Bu Qanun bir neçə xüsusiyyəti ilə diqqəti cəlb edir. Birin-
cisi, qanun pərakəndə alqı-satqı haqqında MM-in müddəalarını konkretləşdirir və müfəssəlləşdirir. Məsələn, qa-
nunun 13-cü maddəsi istehlakçıların mal haqqında məlumat almaq hüququnun həyata keçirilməsi qaydalarını
müəyyən edir. Bununla qanun mala aid məlumat verilməsi haqqında MM normasının (617-ci maddə) məzmu-
nunu konkretləşdirir. Başqa bir misalda qanunun 15-ci maddəsi (istehlakçının tələblərini ödəməyən malın lazı-
mi keyfiyyətli mala dəyişdirilməsi) MM-in 624-cü maddəsində (keyfiyyətsiz malın lazımi keyfiyyətli malla
ə
vəz edilməsi) ifadə edilən hüquqların həyata keçirilməsini konkret olaraq müəyyən edir.
kincisi, qanun MM-də müəyyən edilməyən və nəzərdə tutulmayan qaydalar müəyyənləşdirir. Məsələn, qa-
nunun 7-ci maddəsində qüsuru olan mal satılarkən istehlakçıların hüquqlarına aid məsələlərə (istehlakçının malı
dəyişmək tələbinin 14 gün müddətində yoxlanılması, qüsuru olan malın lazımi keyfiyyətli mala dəyişdirilərkən
qiymətlər dəyişdikdə qiymətlərin yenidən hesablanması, müddətin ötürüldüyü hər gün üçün malın satış qiymə-
tinin 1 faizi məbləğində dəbbə pulu ödənməsi və s.) toxunan qaydalar nəzərdə tutulmuşdur ki, bunların heç biri-
nə MM-də rast gəlmək olmur. Başqa bir misalda qanunun xidmət müddəti haqqında müəyyən etdiyi qaydalar
(5-ci maddə) MM-də nəzərdə tutulmamışdır.
486
« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun təfsirində və eyni şəkildə (qaydada) tətbiq edil-
məsində RF Ali Məhkəməsi Plenumunun 29 oktyabr 1994-cü il tarixli « stehlakçıların hüquqlarının müdafiəsi
haqqında işlərə məhkəmələr tərəfindən baxılması dərəcəsi barədə» qərarı böyük rol oynayır. Azərbayjan Res-
publikasının həmin qanunu ilə RF-in eyni adlı qanunu arasında çox oxşar cəhətlər olduğuna görə bu qərarın
məhkəmələrin praktiki fəaliyyətində tətbiq edilməsini mümkün hal hesab edirik.
Pərakəndə alqı-satqı münasibətlərinin qaydaya salınmasında qanunqüvvəli aktların rolu böyükdür. Məsə-
lən, Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbayjan Respubli-
Dostları ilə paylaş: |