Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə155/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   151   152   153   154   155   156   157   158   ...   1820
sa, onda hüquq münasibəti barədə yalnız hüquqi forma kimi, yəni hüquqi forma mənasında danışmaq olar. 

Bu baxımdan o, hüquqi üstqurumu bütövlükdə özündə birləşdirir. Bu mənada hüquq münasibəti hüquq norma-

ları  ilə  tənzimlənən  ictimai  münasibətin  hüquqi  forması  kimi  çıxış  edir.  Daha  doürusu,  hüquq  münasibəti  bu 

münasibətin, yəni bazis münasibətinin hüquqi formasıdır, yəni ideoloæi münasibətdir. Fəlsəfi planda əgər bazis 

münasibəti (yəni hüquq norması ilə tənzimlənən ictimai münasibət) məzmundursa, ideoloæi münasibət isə hü-

quqi formadır. Bazis münasibətləri (məzmun) bazisə, iedoloæi münasibətlər (hüquqi forma) isə hüquqi üstquru-

ma aiddir.  

Dediklərimizdən  belə  məlum  olur  ki,  əgər  bazis  münasibətləri  hüquq  normaları  ilə  tənzimlənərsə,  bunun 

nəticəsində həmin münasibətlər ideoloæi, yəni hüquq münasibətləri olur. Bu isə onu ifadə edir ki, bazis münasi-

bətləri (hadisələri) üstqurum münasibətləri ilə dəyişdirilir və əvəz edilir. Bu isə mümkün olan hal deyil. Ona gö-

rə ki, fəlsəfi planda bazis münasibəti (məzmun) ideoloæi münasibəti müəyyən edir. Dialektik metod öyrədir ki, 

formaya  münasibətdə  məzmun  birincidir.  Buna  görə  də  hüquq  münasibətinə  hüquq  norması  ilə  tənzimlənən 

ictimai münasibət kimi anlayış verilməsi uüursuz anlayışdır. Hüquq ədəbiyyatında bu cür anlayışdan istifadə et-

mək dəb və adət halını almışdır. Müəlliflərin əksəriyyəti hüquq münasibətinə belə definisiya (tərif) verir. 

Bundan  əlavə,  hüquq  münasibətinə  verilən  anlayışdan  məlum  olur  ki,  hüquq  ictimai  münasibətləri  tənzim 

edir. Belə çıxır ki, o, istənilən ictimai münasibəti, o cümlədən ictimai istehsal münasibətlərini də tənzim edir. 

Tənzim etmək müəyyən etmək deməkdir. Onda belə təsəvvür yaranır ki, hüquq ictimai istehsal münasibətlərini 

müəyyən edir. Həqiqətdə isə belə deyildir. Hüquq (üstqurum) ictimai istehsal münasibətlərini (bazisi) müəyyən 

etmir. O, özü bu münasibətlərlə müəyyən edilir. Hüquq münasibətləri bilavasitə istehsal münasibətləri ilə şərtlə-

nir  (I.V.Stalin).  Marks  göstərirdi  ki,  hüquq  münasibətləri  maddi  həyat  münasibətlərinə  əsaslanır.  Belə  halda 

ictimai  istehsal  münasibətlərinin  hüquqla  tənzimlənməsindən  —  müəyyən  edilməsindən  necə  söhbət  açmaq 

olar? Digər tərəfdən, ictimai istehsal münasibətləri obyektiv surətdə, insanların iradə və şüurundan asılı olma-

yaraq müvcuddur. Hüququn işi isə insanların şüurlu, iradəvi fəaliyyəti ilə bağlıdır.  

Dialektik materializm forma və məzmuna vəhdətdə baxır. Istənilən hər hansı bir hadisənin forma və məzmu-

nu ayrılmaz və bölünməzdir. Bu, o deməkdir ki, hüquq münasibəti, forması kimi çıxış etdiyi, yəni forması oldu-

üu faktiki-real ictimai münasibətlə (bazis münasibəti ilə, məzmunca) sıx surətdə bağlıdır. O, hüquqi cəhətdən 

rəsmiləşdirdiyi, ifadə etdiyi faktiki-real münasibətdən ayrılmır. Onlar birlikdə müvcuddur. Məsələn, satıcı əşya-

nı  əvəzində  müəyyənləşdirilmiş  pul  məbləüi  almaqla  alıcıya  verir.  Bu,  alqı-satqı  münasibəti,  özü  də  konkret 

faktiki ictimai münasibətdir. Bu münasibət hüquqi cəhətdən alqı-satqı müqaviləsinin vasitəsilə rəsmiləşdirilir. 

Alqı-satqı müqaviləsi hüquqi formadır. Real-faktiki alqı-satqı münasibəti ilə bu forma vəhdətdədir.  

Deməli, hüquq münasibətindən təkcə və yalnız ideoloæi üstqurum münasibəti kimi söhbət açmaq olmaz. Hü-

quq münasibətinə ideoloæi münasibət (forma) kimi yanaşanda, onda forma məzmundan (faktiki ictimai münasi-

bətdən,  bazis  münasibətindən)  ayrılır.  Hüquq  münasibətinə  həm  də  forma  və  məzmunun  vəhdətindən  ibarət 



 

57 


olan kateqoriya kimi baxmaq olar. Belə halda o, həm bazis münasibətini (faktiki münasibəti), həm də üstqurum 

münasibəti (ideoloæi münasibəti) əhatə edir. Daha doürusu, bu baxımdan hüquq münasibəti özündə hüquqi üst-

qurumla iqtisadi bazisin birliyini əks etdirir. Hüquq münasibəti bu mənada hüquq norması ilə tənzimlənən fakti-

ki-real münasibətin özüdür. 

Lakin hüquqi forma ilə məzmunun vəhdəti olan hüquq münasibəti və faktiki-real münasibət kimi iki müxtəlif 

anlayış eyniləşdirilə bilməz. Onlar eynimənalı, üst-üstə düşən anlayışlar deyildir. Hüquq münasibətinə hüquq nor-

maları ilə tənzimlənən ictimai münasibət kimi tərif verilməsi hüquq münasibətini (formasını) ictimai münasibətlə, 

yəni faktiki münasibətlə (məzmunla) eyniləşdirməyə səbəb olur. Buna görə də həmin tərifi münasib və uüurlu he-

sab etmək olmaz.  

Beləliklə, hüquq münasibəti iki mənada işlədilən kateqoriyadır: məhdud mənada hüquq münasibəti; geniş mə-

nada hüquq münasibəti. Məhdud mənada hüquq münasibəti dedikdəfaktiki real münasibətlərin hüquqi forma-

sı başa düşülür. Bu baxımdan o, ideoloæi münasibət kimi çıxış edərək hüquqi üstqurumu əhatə edir. Geniş məna-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin