Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə156/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   152   153   154   155   156   157   158   159   ...   1820
da  hüquq  münasibəti  forma  ilə  (ideoloæi  münasibətlə)  məzmunun  (faktiki  münasibətin,  bazis  münasibətinin) 

vəhdətini ifadə edir. Bu baxımdan hüquq münasibəti iqtisadi məzmunla hüquqi formanın, yəni iqtisadi bazislə hü-

quqi üstqurumun birliyi kimi çıxış edir. Lakin bu cür yanaşma hüquq münasibətinin əsl və həqiqi xüsusiyyətini 

müəyyən etməyə imkan vermir.  

Bəs hüquq münasibətinə münasib necə anlayış vermək olar? Biz görürük ki, müəyyən hər hansı bir ictimai 

münasibətə girən tərəflər hüquqlar əldə edirlər, vəzifələr daşıyırlar. Əgər münasibətə daxil olan tərəflərin hüquq 

və vəzifələri hüquq normalarına əsaslanarsa, həmin normalarda nəzərdə tutularsa və müəyyənləşdirilərsə, onda 

bu, hüquq münasibəti hesab ediləcəkdir. Məsələn, vətəndaş tikinti təşkilatına (podratçıya) bağ evi tikməyi sifa-

riş edir. Bu, ictimai münasibətlərin bir növü olan podrat münasibətidir. Bu münasibət hüquqi cəhətdən podrat mü-

qaviləsi ilə rəsmiləşdirilir. Podrat müqaviləsi podrat münasibətinin hüquqi formasıdır. Podrat münasibətində iki 

tərəf (podratçı, sifarişçi) iştirak edir. Onlar hüquq və vəzifələrə malikdirlər: bağ evini tikib sifarişçiyə vermək və-

zifəsi; podratçıya podrat haqqı ödəmək vəzifəsi; bağ evinin təhvil verilməsini tələb etmək hüququ; podrat haqqı-

nın ödənilməsini tələb etmək hüququ və s. Bax, bu hüquq və vəzifələr mülki hüquq normalarına əsaslanır, bu nor-

malarda nəzərdə tutulur. Həmin normalar MM-in 39-cu fəslinə daxil olan 752-776-cı maddələrdə ifadə olunub. 

Deməli, göstərilən münasibət podrat hüquq münasibətidir. Alqı-satqı, kirayə, icarə, daşıma, borc və digər münasi-

bətlərdə iştirak edən tərəflərin hüquq və vəzifələri də mülki hüquq normalarına əsaslanır.  

Beləliklə, hüquq münasibəti elə bir ictimai münasibətdir ki, bu münasibətdə iştirak edən tərəflərin hü-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin