3. Müqavilənin digər elementləri
Müqavilənin predmeti ilə bərabər, onun qiyməti pərakəndə alqı-satqı müqaviləsinin mühüm şərtidir.
MM-in 616.2-ci maddəsi qiymətin bu müqavilənin mühüm şərti olması barədə birbaşa göstəriş ifadə edir.
Pərakəndə alqı-satqı müqaviləsi qoşulma müqaviləsidir. Bu, müqavilənin qiymətini müəyyən etməyin qay-
dasını şərtləndirir. Belə ki, pərakəndə alqı-satqı müqaviləsi göstərilən müqavilə növünə şamil edildiyinə görə
alıcı malın qiymətinin müəyyən edilməsində bilavasitə iştirak etmir. Malın qiyməti satıcı tərəfindən birtərəfli
qaydada müəyyənləşdirilir. Belə ki, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pəra-
kəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur (MM-in 622.1-ci
maddəsi).
Malların qiyməti bütün istehlakçı alıcılar üçün eyni cür müəyyənləşdirilir. Bu onunla izah edilir ki, pəra-
kəndə alqı-satqı müqaviləsi ümumi müqavilə növünə aid edilir; satıcı alıcıya (kontragentə) qeyri-bərabər şərtlər
təklif etməməlidir (MM-in 400-cü maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsində malın qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Alıcı qabaqjadan ödə-
nişi nəzərdə tutulmuş müddətdə həyata keçirməməsinə görə məsuliyyət daşıyır. Belə ki, alıcının müqavilədə
müəyyənləşdirilmiş müddətdə malın qiymətini ödəməməsi, əgər tərəflərin razılığı ilə başqa qayda nəzərdə tu-
tulmayıbsa, onun müqavilənin həyata keçirilməsindən imtina etməsini nümayiş etdirir (MM-in 622.2-ci maddə-
si).
Pərakəndə alqı-satqı müqaviləsi malların nisyə satışı, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənil-
məsi şərti ilə də bağlana bilər. Bu cür müqavilələrdə əşyaların nisyə alqı-satqı müqaviləsindən fərqli olaraq
alıcının müqavilədə nəzərdə tutulan müddətdə malın qiymətini ödəməməsinə görə faiz hesablanmır (MM-in
622.3-cü maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsində iştirak edən satıcının malın qiyməti barədə qaydanı pozması müəyyən
xüsusiyyətlərə malikdir. Belə ki, əgər pərakəndə alqı-satqı müqaviləsi ümumi müqavilə olarsa, satıcı pərakəndə
satılan malları eyni və bərabər qiymətlərlə alıcılara verməyə borcludur. Bu onu ifadə edir ki, pərakəndə ticarətçi
(satıcı) malı alıcıya başqa alıcıya nisbətən baha satmaq ixtiyarına malik deyildir. Əgər o, bu qaydanı pozarsa,
alıcının ixtiyarı vardır ki, bağlanmış müqavilənin etibarsızlığını tələb etsin. Ona görə ki, müqavilənin mühüm
şə
rti pozulmuşdur. Belə halda alıcının tələbi ilə müqavilə puç əqd kimi etibarsız sayılır və tərəflərin əvvəlki və-
ziyyəti bərpa edilir, yəni alıcı malın pulunu almaqla onu satıcıya qaytarır. Əgər alınmış mal istehlak olunmuşsa,
malın satıldığı baha qiymətlə digər alıcılara satılan qiymət arasındakı fərq ödənilir. Bu, ikitərəfli restitusiyanı
ifadə edir.
Pərakəndə alqı-satqı müqaviləsinin elementlərindən biri müqavilənin müddətidir. Müddət müqavilənin
mühüm yox, adi şərtidir. Bu şərt satıcı ilə alıcı arasında razılaşma əsasında müəyyən edilir.
Bəzi hallarda müddət pərakəndə alqı-satqı müqaviləsində mühüm xarakter kəsb edir. Bu onu ifadə edir ki,
həmin müqavilələrdə nəzərdə tutulan müddət haqqında şərtə əməl edilməzsə, göstərilən hal müqavilənin bağ-
lanmamış sayılmasını şərtləndirir. Alıcı tərəfindən malların (nisyə satılmış) əvəzinin hissə-hissə ödənilməsi şər-
ti ilə bağlanmış pərakəndə alqı-satqı müqavilələrində müddət müqavilənin mühüm şərti kimi çıxış edir (MM-in
601.1-ci və 622.3-cü maddələri).
Elə pərakəndə alqı-satqı müqavilələri vardır ki, bu müqavilələr malın alıcı tərəfindən müəyyən müddətə qə-
bul edilməsi şərti ilə satılmasını nəzərdə tutur. Bu cür müqavilədə iştirak edən alıcı malı müqavilə ilə müəyyən-
ləşdirilmiş müddətdə qəbul etməlidir. Belə halda həmin müddət ötüb keçənədək mal başqa şəxslərə satıla bil-
məz.
Alıcının müqavilədə nəzərdə tutulan müddətdə malı qəbul etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur.
Alıcının malı qəbul etməməsi satıcı tərəfindən alıcının müqavilənin icrasından imtina etməsi kimi qiymətləndi-
rilə bilər (MM-in 618.2-ci maddəsi). Bundan əlavə, satıcı malın müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya
verilməsini təmin etmək üçün əlavə xərclər çəkə bilər. Belə halda satıcı çəkdiyi əlavə xərcləri alıcıdan tələb edə
bilməz və etməməlidir. Ona görə ki, satıcının çəkdiyi əlavə xərclər malın qiymətinə daxil edilir (MM-in 618.3-
cü maddəsi).
Dostları ilə paylaş: |