çox olmayan, az sayda və miqdarda satışını nəzərdə tutur. Təsadüfi deyildir ki, pərakəndə satış malların tək
halda nümunələrlə, az miqdarda satışını ifadə edir. Malların böyük və iri partiyalarla satışı topdansatış üçün xa-
rakterikdir. Buna görə də qanun pərakəndə alqı-satqı müqaviləsində miqdar və say anlayışına xüsusi olaraq to-
xunmur.
Satıcı alıcıya lazım olan çeşiddə mal verməlidir. Satıcı alıcını ona lazım olmayan çeşiddə mal almağa məj-
bur edə bilməz. Satıcının belə hərəkətlərə yol verməsi qanunla qadağan edilir (« stehlakçıların hüquqlarının
müdafiəsi haqqında» AR Qanununun 14-cü maddəsinin 2-ci bəndi). Əksinə o, lazım olan çeşiddə mal seçməkdə
alıcıya hər cür kömək göstərməlidir.
Dostları ilə paylaş: |