digər şərtlərinin müəyyən edilməsində iştirak etmir və müqaviləyə qoşulmaq yolu ilə həmin şərtləri qəbul
edir. Göstərilən halda qanun alıcının hüquqlarının qorunmasına təminat verir. Belə ki, qanunvericilikdə nəzərdə
tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır
(« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 16-jı maddəsi). Bu şərtlərin tətbiqi nəticəsində is-
tehlakçıya (alıcıya) zərər dəyibsə, o, təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilir. Müqavilənin özü puç, müt-
ləq etibarsız əqd hesab edilir.
§ 3. Pərakəndə alqı-satqı müqaviləsinin məzmunu
1. Satıcının vəzifələri
Pərakəndə alqı-satqı müqaviləsində satıcı rolunda çıxış edən tərəfin vəzifələri, hər şeydən əvvəl, alqı-satqı
haqqında ümumi müddəalarla müəyyən edilir. Pərakəndə alqı-satqı müqaviləsi üzrə satıcının əsas vəzifəsi malı
Dostları ilə paylaş: |