ibarətdir. Çox vaxt mal satış yerində (ticarət mərkəzinin, pərakəndə ticarət şəbəkəsi və müəssisəsinin olduğu
yerdə) alıcıya verilir. Müqavilə malın alıcıya çatdırılması şərti ilə də bağlana bilər. Bu cür müqavilələr üzrə
satıcının əsas vəzifəsi malı alıcının göstərdiyi yerə çatdırmaqdan ibarətdir. Müqavilədə malın çatdırılma yeri
göstərilməyə də bilər. Belə halda mal fiziki şəxsin (alıcının) yaşayış yerinə, alıcı hüquqi şəxs olduqda isə
onun olduğu yerə çatdırılır (MM-in 621.1-ci maddəsi).
Satıcının malı alıcıya vermək vəzifəsini əhatə edən tələblərdən biri malın ona aid olan yardımçı əşyalarla
və sənədlərlə birlikdə verilməsindən ibarətdir. Sənədlər dedikdə, texniki pasport, keyfiyyət sertifikatı, istis-
mar təlimatı və s. başa düşülür. « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 7-ci maddəsinin 7-
ci bəndində bu cür sənədlərin tərkibi dəqiqləşdirilməklə konkretləşdirilir: qəbz; mal çeki; kassa çeki; zəmanət
müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd.
Satıcı malı müəyyənləşdirilmiş sayda, miqdarda və kəmiyyətdə verməyə borcludur. Miqdar və say anlayı-
ş
ı pərakəndə alqı-satqı müqaviləsi üçün spesifik anlayış deyildir. Bu onunla izah olunur ki, pərakəndə alqı-satqı
491
müqaviləsi malların çox miqdarda, iri partiyalarla verilməsini yox, malların ayrı-ayrı nümunə lə rlə tə k halda,
Dostları ilə paylaş: |