Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1571/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1567   1568   1569   1570   1571   1572   1573   1574   ...   1820
Nümunə  üsulu  malın  keyfiyyətini  müəyyən  etmək  üçün  tətbiq  edilən  əsas  vasitələrdən  biridir  (MM-in 

581.3-cü maddəsi). Pərakəndə alqı-satqı müqaviləsinin növlərindən biri malların nümunələr üzrə satılmasını nə-

zərdə tutur (MM-in 619-cu maddəsi). Lakin bu o demək deyildir ki, malın keyfiyyətini təyin etmək üçün tətbiq 

edilən nümunə üsulu anlayışı ilə pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasını şərtləndirən satıcının təklif 

etdiyi və alıcının tanış olduğu mal nümunəsi anlayışı eyni anlayışlardır. Bu anlayışları bir-biri ilə qarışdırmaq 

olmaz. Belə ki, müqavilənin bağlanmasını şərtləndirən satıcının təklif etdiyi və alıcının tanış olduğu mal nümu-

nəsi malın keyfiyyətini təyin etmək üçün tətbiq edilən üsul deyildir. Bu cür mal nümunəsi, hər şeydən əvvəl, 

müqavilənin predmetini müəyyən etmək üçün istifadə edilən vasitədir. Belə halda alıcının mal nümunəsi (onun 

təsviri, malların kataloqu və s.) ilə tanış olması əsasında müqavilə bağlanılır. 

Pərakəndə alqı-satqı müqaviləsində satıcı malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad şəkildə ver-



məlidir. Bu onu ifadə edir ki, satıcının alıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan (alıcının bu cür malı 

qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla) mal verməyə ixtiyarı yoxdur. Satıcının üçüncü şəxslərin hü-

quqlarından azad mal vermək vəzifəsini icra etməməsinin hüquqi nəticələri alqı-satqı haqqında ümumi müddəa-

larla müəyyən edilir (MM-in 29-cu fəslinin 1-ci paraqrafı, 572-ci maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda 

irəli  gəlmirsə,  satıcı  alıcıya  malı  tarada  və  (və  ya)  qabda  verməlidir.  Pərakəndə  alqı-satqı  müqaviləsinin 

predmeti olan malın tarası və qabı ilə əlaqədar olan məsələlər alqı-satqı haqqında ümumi müddəalarla (MM-in 

593-594-cü maddələri) tənzimlənir. Ayrı-ayrı növ malların qablaşdırılması və taralaşdırılması qaydaları xüsusi 

normativ aktlarda nəzərdə tutula bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1567   1568   1569   1570   1571   1572   1573   1574   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin