ibarətdir. Satıcının mal haqqında informasiya vermək vəzifəsi MM-in 617-ci maddəsində, « stehlakçıların hüquq-
Satıcı pərakəndə alqı-satqı müqaviləsi bağlanana kimi alıcıya mal barədə informasiya vermək vəzifəsini ye-
492
rinə yetirməlidir. Bu öhdəliyi müqavilə öhdəliyi yox, şərti olaraq müqaviləqabağı öhdəlik adlandırmaq olar.
Satıcının informasiya verməkdən ibarət olan müqaviləqabağı vəzifə daşıması pərakəndə alqı-satqı müqaviləsi-
nin ümumi müqavilə növünə aid edilməsi ilə izah olunur.
Müqaviləqabağı münasibətlərdə həm də alıcı iştirak edir. Belə ki, alıcı pərakəndə alqı-satqı müqaviləsi bağ-
lanana kimi satış üçün təklif olunan malı gözdən keçirmək hüququna malikdir. Onun ixtiyarı vardır ki, öz ya-
nında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını satıcıdan tələb etsin. Alıcı-
nın göstərilən hərəkətləri pərakəndə ticarət qaydalarına zidd olmamalıdır.
Mal barədə informasiyanın məzmununa aid tələblər qanunla və pərakəndə ticarətdə adətən irəli sürülən qay-
dalarla müəyyən edilir. nformasiya zəruri və düzgün olmalıdır (MM-in 617.1-ci maddəsi).
Dostları ilə paylaş: