müqavilənin ləğv edilməsini və itkilərin ödənilməsini tələb edə bilər.
Alıcıya zəruri və düzgün informasiya verilməməsinin hüquqi nəticələri MM-də (617-ci maddəsinin 3-cü
bəndi) nəzərdə tutulmuşdur. Bu nəticələr pərakəndə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasından asılı
olaraq müxtəlif olur. Əgər satıcı müqavilə bağlanana kimi alıcıya məlumat verməzsə, o, pərakəndə alqı-satqı
müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində alıcıya dəyən zərəri ödəməlidir.
Müqavilə bağlandıqdan sonra alıcının ixtiyarı vardır:
●
ağlabatan müddətdə müqavilənin icrasından imtina etmək və mal üçün ödədiyi məbləğin geri qayta-
rılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb etmək;
●
zəruri və düzgün informasiya verilməməsi nəticəsində malda aşkar edilən qüsurlara görə MM-in 624-cü
Dostları ilə paylaş: |