üçün ödədiyi pul məbləğini geri qaytarmaq barədə tələb irəli sürür. Bu zaman lazımi keyfiyyəti olmayan mal
satıcıya qaytarılır.
Yaxın vaxtlara kimi bəzi keyfiyyətsiz malların dəyişdirilməsi müəyyən xüsusiyyətlərə malik idi. Məsələn,
texniki cəhətdən mürəkkəb malların (məsələn, kompüterin, avtomobilin və s.) və ya baha malların dəyişdirilmə-
si üçün zəruri idi ki, həmin malların keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulsun, yəni bu cür mal-
larda aşkar edilmiş qüsurlar adi yox, mühüm qüsurlar olmalı idi. Bu göstəriş indi MM-dən çıxarılmışdır.
Bəzən də elə olur ki, malın xassələri və istehlak xüsusiyyətləri onda aşkar edilmiş qüsurları aradan qaldırma-
ğ
a imkan vermir. Məsələn, ərzaq məhsulları, məişət kimyası malları və s. bu cür mal növlərindən ola bilər. Bu
kimi keyfiyyətsiz mallar verildikdə alıcı iki alternativdən birini seçir:
●
həmin malı lazımi keyfiyyətli malla dəyişdirməyi tələb etmək;
●
alış qiymətinin azaldılmasını tələb etmək.
Alıcı göstərilən bu tələbləri irəli sürməyə də bilər. Belə halda o həmin tələbləri irəli sürmək əvəzinə müqavi-
Dostları ilə paylaş: |