Malın alıcıya çatdırılmaq şərti ilə bağlanan pərakəndə alqı-satqı müqaviləsi elə bir müqavilədir ki, bu
müqavilə ilə satıcı müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağı öhdəsinə götürür. Elə
hallar olur ki, müqavilədə malın çatdırılma yeri göstərilmir. Belə halda mal alıcı olan fiziki şəxsin yaşayış yeri-
nə və ya hüquqi şəxsin olduğu yerə çatdırılır.
Bu cür müqavilələrin icra edilmə vaxtı malın alıcıya təhvil verildiyi an ilə müəyyən edilir. Bəzən də elə
olur ki, bu və ya digər səbəbə görə malın alıcıya təhvil verilməsi mümkün olmur. Belə halda kim qəbzi təqdim
etsə, mal da ona təhvil veriləjəkdir. Qəbz müqavilənin bağlanmasının və ya malın çatdırılmasının rəsmiləşdiril-
məsini təsdiq edən sənəddir.
Pərakəndə alqı-satqı müqaviləsini müxtəlif əsaslara və əlamətlərə görə təsnifləşdirmək olar. Lakin yuxarıda
sadaladığımız növləri ayırmaq və fərqləndirmək üçün vahid meyar yoxdur. MM-də göstərilən pərakəndə alqı-
satqı müqavilələrinin növlərini təsnifat yox, sadəjə olaraq siyahı saymaq lazımdır. Bu siyahı tam, ardıjıl və sis-
temli olmadığına görə təsnifat hesab edilmir.
Dostları ilə paylaş: |