rakəndə alqı-satqı müqaviləsi adlanır. Bu müqavilənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, göstərilən müd-
dət ərzində mal başqa şəxsə satıla bilməz. Həmin müddətdə satıcı malı ticarət dövriyyəsindən çıxarmaq kimi
ə
lavə vəzifə daşıyır. Əvvəlki mövzuların birində göstərilən müqavilə növünə toxunduğumuza görə bu barədə
geniş söhbət açmağı lazım bilmirik.
Pərakəndə alqı-satqı müqaviləsi satıcı tərəfindən təklif edilmiş mal nümunəsi (onun təsviri, malların katalo-
qu və s.) ilə tanış olma əsasında bağlanarsa, bu cür müqaviləyə malların nümunələr üzrə satışı müqaviləsi
deyilir. Bu müqavilənin mühüm cəhəti ondan ibarətdir ki, malı alarkən alıcı onun keyfiyyəti və başqa istehlak
xüsusiyyətləri barədə satıcı tərəfindən təklif edilmiş mal nümunəsi əsasında məlumat alır. Alıcı malın keyfiyyə-
ti və digər xüsusiyyətlərinə yalnız mal nümunəsinə baxmaqla qiymət verir. Müqavilənin ikinci xüsusiyyəti
onunla şərtlənir ki, mal müqavilədə göstərilmiş yerə, müqavilədə malın verilməsi yeri nəzərdə tutulmadıqda isə
fiziki şəxsin yaşayış yeri üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya çatdırılır. Mal nümunəsi dedikdə vit-
rində, piştaxtada və digər yerlərdə alıcıların tanış olması üçün qoyulan malın bir nüsxəsi başa düşülür. Malın
təsvirinin verilməsi, onun təsvirinin kataloqda əks olunması analoji məqsəd güdür. Bir qayda olaraq, fiziki şəxs-
lərin yaşayış yerinə çatdırılmaqla nümunələr əsasında iriqabaritli mallar (mebel, soyuducu, paltaryuyan maşın,
tikiş maşını, motosikl, velosiped, pianino və s.) satılır.
Alıcı birtərəfli qaydada malın nümunəsi üzrə pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
Bunun üçün iki şərtin olması tələb olunur. Birincisi, mal verilənədək müqavilənin icrasından imtina edilməsinə
yol verilir. kincisi, alıcı satıcıya müqavilənin yerinə yetirilməsi üzrə hərəkətlərin icrası ilə əlaqədar çəkdiyi zə-
ruri xərclərin əvəzini ödəyir.
Dostları ilə paylaş: |