Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1592/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1588   1589   1590   1591   1592   1593   1594   1595   ...   1820
yyən  gəlir  əldə  etmək  məqsədi,  bu  cür  əmlakı  əldə  etməyə  maddi  vəsaiti  olmayan  (çatmayan)  şəxsin  isə 

müxtəlif ehtiyac və tələbatını ödəmək və təmin etmək niyyəti onların hər ikisini müqavilə münasibətlərinə 

girməyə  məjbur  edir.  Bu  münasibətlər  isə  hüquqi  rəsmiləşdirmə  vasitəsi  kimi  əmlak  kirayəsi  müqaviləsi  ilə 

qaydaya salınır və tənzimlənir. Bu müqavilənin sosial-iqtisadi məqsədi ailə-ev, şəxsi-məişət, mədəni və s. sa-

hələrdə müxtəlif ehtiyac və tələbatın ödənilməsi ilə şərtlənir. Kirayə əmlak üzərində sərənjam verilməsinin 

bir üsulu olmaqla ondan rasional istifadə edilməsinin formalarından biridir. Kirayə əmlakdan təsərrüfat təyinatı-

na uyğun istifadə ilə bağlı olmaya da bilər. Məsələn, kənd təsərrüfatı kooperativi öz təsərrüfat nailiyyətlərini 

nümayiş və təbliğ etmək məqsədi ilə cins (damazlıq) heyvanları göstərmək üçün Sərgi Mərkəzi ilə kirayə mü-




 

497


qaviləsi bağlayır.  dman təşkilatı at sürmək arzusunda olanları öyrətmək məqsədi ilə kəndli (fermer) təsərrüfa-

tından bir neçə atı kirayəyə götürür. Lakin bunlar tipik hallar deyildir. 

Ə

mlak kirayəsi müqaviləsinin yaranma və tətbiq edilmə tarixi çox qədim dövrlərə gedib çıxır. Bu müqa-



vilə növü hələ neçə-neçə əsr bundan əvvəl Roma hüququna məlum idi. Roma hüququ əmlak kirayəsi müqavilə-

si anlayışını əşya kirayə müqaviləsi (locatio-conductio rerum) anlayışı ilə əhatə edirdi. Bu müqavilənin inki-

ş

afına görə, nejə deyərlər, Roma hüququna «minnətdar» olunmalıdır. Əmlak kirayəsi müqaviləsinin tətbiqi Qə-



dim Romada yaranmış vəziyyət və şəraitlə bağlı idi. Belə ki, o dövrdə Romada iri torpaq sahibləri olan varlı 

quldarlarla bərabər, həm də torpaqsız və ya az torpaqlı kəndlilər də yaşayırdılar. Həmin kəndlilər varlı quldar-

lardan kiçik torpaq sahəsi kirayəyə götürməyə məjbur olurdular. Bundan əlavə, şəhərlərdə özlərinin yaşayış sa-

həsi olmayan və buna görə də varlı mənzil sahiblərindən ev kirələməyə məjbur olan vətəndaşlar yaşayırdılar. 

Hammurapi Qanunnaməsi də kirayəni tənzimləyirdi; burada həmin məsələyə aid bir sıra normalar nəzərdə tu-

tulmuşdu. 

Ə

mlak kirayəsi müqaviləsinin leqal anlayışı MM-in 675-ci maddəsində formulə edilmişdir. Əmlak kira-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1588   1589   1590   1591   1592   1593   1594   1595   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin