də müqavilənin mühüm şərti sayılmır. Müddət tərəflərin razılığı ilə müəyyən edilir.
Ə
mlak kirayəsi müqaviləsi həm müddət göstərilməklə, həm də göstərilməməklə bağlana bilər. Birinci
halda müqaviləyə müddətli, ikinci halda isə qeyri-müəyyən müddətə bağlanan müqavilə deyilir. Əgər müqa-
vilədə kirayə müddəti göstərilməyibsə, bu, qeyri-müəyyən müddətə bağlanan əmlak kirayəsi müqaviləsi hesab
edilir. Müqavilə üzrə müddət qanunda nəzərdə tutulan üsullarla təyin edilir (MM-in 367-ci maddəsi).
Müqavilənin bağlandığı müddət bitdikdə kirayə müqaviləsi üzrə mülki hüquq münasibətinə xitam verilir.
Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayəsi müqaviləsi üzrə hüquq münasibəti isə tərəflərin bildiriş ver-
məsi yolu ilə ləğv edilir. Qanun əmlak kirayəsi müqaviləsinin ləğvi barədə bildirişin şifahi formada yox, yazılı
formada verilməsini nəzərdə tutur (MM-in 690.1-ci maddəsi). Bildirişdə tərəflər müqavilənin ləğvini şərtləndi-
rən əsasları hərtərəfli və tam göstərməyə borcludurlar. Özü də kirayə hüquq münasibətinin istənilən iştirakçısı
ə
mlak kirayə müqaviləsinin ləğvinə dair bildiriş vermək ixtiyarına malikdir.
Müqavilənin elementləri barədə söhbətimizi yekunlaşdıraraq göstərmək lazımdır ki, müqavilənin predme-
ti kimi yalnız istehlak olunmayan əşyalar çıxış edə bilər. Ona görə ki, müqavilənin müddəti başa çatdıqda kira-
yəçinin əşyaya sahiblik hüququna xitam verilir və bu səbəbdən o, əşyanı sahibinə qaytarmağa borcludur. Roma
hüququnda da belə idi.
Dostları ilə paylaş: |