§
4.
Yaşayış
otağının
(mənzilin)
kirayəsi
müqaviləsinin xüsusiyyətləri
Ə
mlak kirayəsi müqaviləsinin predmetlərindən biri yaşayış otağıdır. Bu müqavilənin əsas iştirakçıları (tə-
rəfləri) vətəndaşlardır. Yaşayış otağının kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin isti-
fadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqa-
vilənin predmeti yaşayış otağıdır.
Sovet mülki qanunvericiliyinə görə, yaşayış otağı (mənzil) kirayəsi müqaviləsi öhdəliyin (mənzil öhdəli-
yinin) müstəqil bir növü hesab edilirdi. 1937-ci ildə sovet mənzil qanunvericiliyi bu müqaviləni əmlak kirayəsi
müqaviləsindən müstəqil bir müqavilə növü kimi ayırdı. 1937-ci ilə kimi 1922-ci il Mülki Məcəlləsi bu sahədə
inqilabaqədərki Rusiya mülki qanunvericiliyinin ənənələrini davam etdirirdi. Belə ki, mənzil kirayə müqaviləsi
müstəqil müqavilə növü kimi ayrıca olaraq tənzimlənmirdi. 1922-ci il MM-i yalnız əmlak kirayəsi müqaviləsini
nizama salırdı. Bununla belə, 1922-ci il MM-nə görə əmlak kirayəsi müqaviləsini qaydaya salan normalar
özündə bəzi xüsusi mənzil normalarını da birləşdirirdi.
1937-ci ildə sovet mənzil qanunvericiliyinin mənzil kirayə müqaviləsini müstəqil müqavilə kimi ayırma-
sına baxmayaraq, o dövrün hüquq ədəbiyyatında bu müqavilənin əmlak kirayəsinin yarımnövü hesab edilməsi
və onun tənzimlənməsində əsasən əmlak kirayə normalarının və qaydalarının tətbiq edilməsi barədə fikir irəli
sürülürdü. Bu mövqe müasir dövrdə bəzi müəlliflər tərəfindən dəstəklənir.
1964-cü il MM-də (o cümlədən, keçmiş müttəfiq respublikaların məcəllələrində), həmçinin 1961-ci il
Mülki Qanunvericiliyin Əsaslarında mənzil kirayə müqaviləsi müqavilə hüququnda müstəqil yer tutdu. Bu
məcəllə nisbətən əhatəli şəkildə mənzil kirayə müqaviləsini nizama salırdı. Mənzil kirayəsinin mülki-hüquqi
tənzimlənməsinə ayrıca fəsil (30-cu fəsil, 299-334-cü maddələr) həsr edilmişdi.
80-ci illərin ortalarında Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edildi. Bununla əlaqədar
olaraq MM-də yaşayış kirayə müqaviləsinə toxunan yalnız bir norma (299-cu maddə) saxlandı ki, bu, rəmzi
mənanı ifadə edirdi. Bundan sonra 1964-cü il MM-in mənzil kirayəsinə aid olan müvafiq normaları Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 17 fevral tarixli fərmanı ilə MM-dən çıxarılaraq Mənzil Məcəlləsi-
nə daxil edildi. Bununla həmin normalar MM-in tərkibində öz hüquqi qüvvəsini itirdi. Bundan sonra yaşayış sa-
həsinin kirayə müqaviləsi Mənzil Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş şərtlərlə və qay-
dada bağlanır, dəyişdirilir və pozulurdu.
Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi mənzil kirayəsi müqaviləsinə münasibətdə sovet
mülki qanunvericiliyində yaranan ənənələrdən imtina etmişdir. Buna görə mülki qanunvericilik bu baxımdan
RF-in sovet mülki qanunvericilik ənənələrinə əsaslanan qanunvericiliyindən prinsipial surətdə fərqlənir. Nəzər-
dən keçirdikdə müəyyən etmək olur ki, mənzil kirayəsi barədə bizim mülki qanunvericiliyin nəzərdə tutduğu
503
qaydalar əynəbi (xarici) dövlətlərin mülki qanunvericilik ənənələrinə söykənir və əsaslanır. Almaniya mülki
qanunvericiliyi, Fransa Mülki Məcəlləsi mənzil kirayəsini daşınar və daşınmaz əşyaların kirayəsi ilə bir sırada
tənzimləyir, mənzil kirayəsini əmlak kirayəsinin müstəqil bir növü kimi nəzərdə tutmur, həm fiziki şəxslərə,
həm də hüquqi şəxslərə münasibətdə eyni qaydalar müəyyən edir.
Həmin ölkələrin qanunvericiliyi mənzil kirayəsinin əmlak kirayə müqaviləsinin müəyyən etdiyi qaydalar
ə
sasında tənzimlənməsini nəzərdə tutur. Bu məqsədlə də mənzil kirayə münasibətlərini qaydaya salmaq üçün
ə
mlak kirayəsi barədə normalar özündə mənzil kirayəsinə aid xüsusi normaları birləşdirir. Düzdür, ABŞ-da
ayrı-ayrı yerli özünüidarəetmə orqanları səviyyəsində mənzil məcəllələri qəbul edilmişdir. Lakin mənzil kirayə-
si üzrə münasibətlərin tənzimlənməsi əmlakın icarəsi çərçivəsində həyata keçirilir. Mənzil kirayə müqaviləsini
tənzimləmək üçün xüsusi normalar ayrılmamışdır. Beləliklə, bizim qanunvericiliyə görə, yaşayış otağının ki-
Dostları ilə paylaş: |