rən kirayəçinin çəkdiyi xərclərin əvəzini ödəyir.
Görülən tədbirlər otaqların (və ya binanın) salamatlığı üçün zəruri olmadıqda, onların yaxşılaşdırılmasına
yönəlmədikdə, isitməyə sərf olunan enerciyə qənaət edilməsinə səbəb olmadıqda, habelə kirayəçi və onun ailə-
sini narahat etdikdə kirayəçi müqaviləni ləğv etmək ixtiyarına malikdir. Müqavilə bildirişin daxil olduğu
müddətdən iki ay ərzində pozula bilər. Növbəti ayın sonu müqavilənin ləğv edilmə müddəti hesab edilir.
Mülki Məcəllə yaşayış otağının kirayə müqaviləsinin forması barədə heç bir göstəriş ifadə etmir. Bu mü-
qavilə, bir qayda olaraq, tərəflərin imzaladıqları bir sənəd tərtib etmək yolu ilə sadə yazılı formada bağlanır.
Lakin tərəflərin qarşılıqlı razılığı ilə müqavilə notariat qaydasında təsdiqlənə bilər (MM-in 329.1-ci maddə-
si). Lakin təjrübədə müqavilənin şifahi formada bağlanması halına rast gəlmək olar. Deməli, müqavilənin han-
sı formada bağlanması məsələsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Müqavilənin daşınmaz əmlakın
dövlət reyestrində dövlət qeydiyyatına alınması istisna edilir. Ona görə ki, daşınmaz əmlakın istifadə hüququ (o
cümlədən kirayə müqaviləsi əsasında əmələ gələn istifadə hüququ) yalnız MM-də və qanunvericilikdə nəzərdə
tutulan hallarda dövlət qeydiyyatına alınır (MM-in 139.1-ci maddəsi). Qanun isə bu cür göstəriş ifadə etmir.
Bununla bərabər, şəxslər (o cümlədən mülkiyyətçinin ailə üzvləri) yaşayış binasından istifadə hüququna
bu şərtlə malikdir ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (MM-in 228.1-ci maddə-
si). Mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma yaşayış binasının tərkib hissəsin-
dən istifadə hüququnun əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitam olunmasını müəyyənləşdirir
(MM-in 228.2-ci maddəsi). Belə hesab edirik ki, qanunun bu göstərişinin yaşayış otağının kirayə müqaviləsi
üzrə əşyanın istifadəyə verilməsinə heç bir aidiyyəti yoxdur. Ona görə ki, MM yaşayış otağından öhdəlik hüqu-
qu (kirayə müqaviləsi) əsasında yox, əşya hüququ əsasında əmələ gələn istifadə hüququnun daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması qaydasını nəzərdə tutur. Lakin qanunun bu göstərişini hərfi mənada yox, ge-
504
nişləndirici mənada təfsir etmək lazımdır. Bu onu ifadə edir ki, yaşayış otağından kirayə müqaviləsi əsasında
ə
mələ gələn istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
Qanun belə bir göstəriş ifadə edir ki, yaşayış otağından istifadə hüququ kirayənin müstəqil predmeti ola
bilməz (MM-in 228.3-cü maddəsi).
Bununla əmlak kirayəsi müqaviləsi barəsində söhbətimizi başa çatdırırıq. Hələ qədim Misirdə bu müqavi-
lə xüsusi əhəmiyyətə malik idi. Babilistanda ən çox istifadə edilən müqavilələrdən biri kirayə müqaviləsi idi.
Hammurapi Qanunnaməsində torpağın, mənzilin, bağçanın və s. kirayə verilməsi qaydaları göstərilirdi. Bu mü-
qavilə indi də geniş miqyasda tətbiq edilir. Biz tez-tez çadırın, qab-qajağın, stol-stulun və s. kirayəyə verilməsi
barədə elanlara rast gəlirik. Özü də bizim kirayə barədə qanunvericiliyimizin müəyyən etdiyi qaydalar Avropa
ölkələrinin qanunvericilik ənənələrinə uyğundur ki, bu, Roma hüququna əsaslanır.
Dostları ilə paylaş: |