Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1610/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1606   1607   1608   1609   1610   1611   1612   1613   ...   1820
dətini gözləmədən kirayə müqaviləsini birtərəfli qaydada ləğv edə bilər

 kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdik-



də; 

 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi 



haqqının ödənilməsini gecikdirdikdə. 

Müqavilə  ləğv  edilən  vaxta  kimi  kirayəçi  gecikdirilən  kirayə  haqqını  ödəyə  bilər.  Belə  halda  müqavilə 

ləğv edilmir. 

Kirayə hüquq münasibəti ləğv edildikdə kirayəyə götürdüyü əşyanı kirayə verənə qaytarmaq kirayəçi-




 

502


nin daşıdığı vəzifələrdən biridir. Başqa sözlə desək, müqavilə xitam edildikdə o, əmlakı qəbul etdiyi vəziyyət-

də, onun normal köhnəlməsi nəzərə alınmaqla və ya müqavilədə şərtləşdirilmiş qaydada geri qaytarmağa borc-

ludur. Əgər əşya istifadə üçün və ya ikinci əldən kirayəyə verilmiş olarsa, onda kirayəçi kirayə hüquq münasi-

bətinə xitam verildikdə üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edir. 

Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmaq və-

zifəsini icra etmədikdə, qanun kirayə verəni onun mənafeyini müdafiə etmək üçün hüquqi müdafiə vasitəsilə tə-

min  edir.  Belə  ki,  kirayə  verən  əşyanın  saxlandığı  müddət  üçün  kirayə  haqqı  məbləğində  kompensasiya 

ödənilməsini tələb edə bilər. Bundan əlavə, kirayə verən ona vurulan zərərin ödənilməsini də tələb etmək ix-

tiyarına malikdir. 

Kirayəçi əsas vəzifələrlə bərabər, həm də əlavə vəzifə daşıyır. Bildiriş vermək onun əlavə vəzifəsi hesab 

edilir. Qanun bildirişin  yazılı formada verilməsini nəzərdə tutur. Bildiriş kirayə müddəti ərzində  aşkar edilən 

müqavilə şərtlərinə uyğunsuzluq halları barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükə-

dən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində, habelə əşya barəsində, üçüncü şəxslərin hüquqları ba-

rəsində verilir. Bildirişin verilməməsi kirayəçi üçün arzuolunmaz və xoşagəlməz nəticəyə səbəb olur. Belə ki, 

ə

gər kirayəçi bildiriş vermirsə, o, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur (MM-in 



677.3-cü maddəsi). Başqa sözlə desək, bildirişin verilməməsi kirayəçini qanunun onun mənafeyi üçün nəzərdə 

tutduğu müdafiə vasitələrindən istifadə etməkdən məhrum edir. 

Kirayə götürülən əşya müqavilə şərtlərinə uyğun olaraq istifadə nəticəsində dəyişə və ya pisləşə bilər. Be-

lə halda əşyanın dəyişməsi və ya pisləşməsinə görə kirayəçi məsuliyyət daşımır (MM-in 687-ci maddəsi). Kira-

yə verən zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Bu barədə iddia altı ay müddətində verilir. Göstə-

rilən həmin müddət kirayə verən tərəfindən əşya geri alındığı vaxtdan hesablanır. 

Kirayəçi həm də hüquqlara malikdir. Məsələn, onun kirayəyə götürdüyü əşyaya əlavə etdiyi qurğunu 

götürmək ixtiyarı vardır. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1606   1607   1608   1609   1610   1611   1612   1613   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin