ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi
Müqavilə ləğv edilən vaxta kimi kirayəçi gecikdirilən kirayə haqqını ödəyə bilər. Belə halda müqavilə
502
nin daş
ıdığ
ı və
zifə
lə
rdə
n biridir. Başqa sözlə desək, müqavilə xitam edildikdə o, əmlakı qəbul etdiyi vəziyyət-
də, onun normal köhnəlməsi nəzərə alınmaqla və ya müqavilədə şərtləşdirilmiş qaydada geri qaytarmağa borc-
ludur. Əgər əşya istifadə üçün və ya ikinci əldən kirayəyə verilmiş olarsa, onda kirayəçi kirayə hüquq münasi-
bətinə xitam verildikdə üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edir.
Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmaq və-
zifəsini icra etmədikdə, qanun kirayə verəni onun mənafeyini müdafiə etmək üçün hüquqi müdafiə vasitəsilə tə-
min edir. Belə ki, kirayə verən əşyanın saxlandığı müddət üçün kirayə haqqı məbləğində kompensasiya
ödənilməsini tələb edə bilər. Bundan əlavə, kirayə verən ona vurulan zərərin ödənilməsini də tələb etmək ix-
tiyarına malikdir.
Kirayəçi əsas vəzifələrlə bərabər, həm də əlavə vəzifə daşıyır. Bildiriş vermək onun əlavə vəzifəsi hesab
edilir. Qanun bildirişin yazılı formada verilməsini nəzərdə tutur. Bildiriş kirayə müddəti ərzində aşkar edilən
müqavilə şərtlərinə uyğunsuzluq halları barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükə-
dən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində, habelə əşya barəsində, üçüncü şəxslərin hüquqları ba-
rəsində verilir. Bildirişin verilməməsi kirayəçi üçün arzuolunmaz və xoşagəlməz nəticəyə səbəb olur. Belə ki,
ə
gər kirayəçi bildiriş vermirsə, o, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur (MM-in
677.3-cü maddəsi). Başqa sözlə desək, bildirişin verilməməsi kirayəçini qanunun onun mənafeyi üçün nəzərdə
tutduğu müdafiə vasitələrindən istifadə etməkdən məhrum edir.
Kirayə götürülən əşya müqavilə şərtlərinə uyğun olaraq istifadə nəticəsində dəyişə və ya pisləşə bilər. Be-
lə halda əşyanın dəyişməsi və ya pisləşməsinə görə kirayəçi məsuliyyət daşımır (MM-in 687-ci maddəsi). Kira-
yə verən zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Bu barədə iddia altı ay müddətində verilir. Göstə-
rilən həmin müddət kirayə verən tərəfindən əşya geri alındığı vaxtdan hesablanır.
Kirayəçi həm də hüquqlara malikdir. Məsələn, onun kirayəyə götürdüyü əşyaya əlavə etdiyi qurğunu
götürmək ixtiyarı vardır.
Dostları ilə paylaş: