rin əvəzini ödəməyi tələb edə bilər. Bu onu göstərir ki, kirayə verən müqavilə şərtlərinə uyğun gəlməyən əşya
verilməsinə görə məsuliyyət daşıyır: bu cür uyğunsuzluq müqavilə bağlandığı məqamda məlum olarsa; bu cür
uyğunsuzluq kirayə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə; kirayə verən hə-
min uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə. Məsələn, kirayəçi deşiyi olan çaxır çəlləyini kirayəyə
götürür. Bu qüsur barədə kirayə verənin məlumatı vardır. Çaxır deşiyi olan həmin çəlləkdən axıb tökülür. Başqa
bir misalda çoban mal-qaranı otarmaq üçün otlağı kənd sakininə kirayəyə verir. Çoban həmin otlaqda zəhərli
(zərərli) ot bitdiyini bilir. Bu otu yeyib mal-qara tələf olur. Göstərilən misallarda kirayəçi kirayə haqqını ödəmir
və ona dəyən zərərin əvəzini ödəməyi tələb edir. Kirayə verən yalnız cavabdeh olduğu hallara görə (təqsirə görə
məsuliyyət prinsipi) məsuliyyət daşıyır.
Kirayəçi iki halda hüquqi müdafiə vasitələrini tətbiq edə bilməz. Birincisi, kirayəyə verilən əşyada aşkar
olunmuş qüsurlar adi qüsurlar olduqda, kirayəçi kirayə haqqını ödəməkdən azad edilmir. kincisi, kirayəyə gö-
türülən əşyanın müqavilə şərtlərinə uyğun gəlmədiyi kirayəçiyə müqavilə bağlandığı zaman məlum olduğu hal-
larda, o, göstərilən mülki-hüquqi vasitələrdən istifadə edə bilməz. Belə ki, müqavilə bağlanarkən kirayəçi qeyd
etdiyi qüsurlara görə hər hansı bir tələb irəli sürə bilməz.
Kirayə verən əşyanı müqavilədə nəzərdə tutulan müddətdə istifadəyə verməlidir. Bu vəzifəni o, vax-
tında icra etməyərək gecikdirməyə yol verərsə, kirayəçiyə xəbərdarlıq müddətini gözləmədən müqaviləni
Dostları ilə paylaş: |