Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1614/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1610   1611   1612   1613   1614   1615   1616   1617   ...   1820
rən kirayəçinin çəkdiyi xərclərin əvəzini ödəyir

Görülən tədbirlər otaqların (və ya binanın) salamatlığı üçün zəruri olmadıqda, onların yaxşılaşdırılmasına 

yönəlmədikdə, isitməyə sərf olunan enerciyə qənaət edilməsinə səbəb olmadıqda, habelə kirayəçi və onun ailə-

sini  narahat  etdikdə  kirayəçi  müqaviləni  ləğv  etmək  ixtiyarına  malikdir.  Müqavilə  bildirişin  daxil  olduğu 

müddətdən iki ay ərzində pozula bilər. Növbəti ayın sonu müqavilənin ləğv edilmə müddəti hesab edilir. 

Mülki Məcəllə yaşayış otağının kirayə müqaviləsinin forması barədə heç bir göstəriş ifadə etmir. Bu mü-

qavilə, bir qayda olaraq, tərəflərin imzaladıqları bir sənəd tərtib etmək yolu ilə sadə yazılı formada bağlanır

Lakin tərəflərin qarşılıqlı razılığı ilə müqavilə notariat qaydasında təsdiqlənə bilər (MM-in 329.1-ci maddə-

si). Lakin təjrübədə müqavilənin şifahi formada bağlanması halına rast gəlmək olar. Deməli, müqavilənin han-

sı formada bağlanması məsələsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Müqavilənin daşınmaz əmlakın 

dövlət reyestrində dövlət qeydiyyatına alınması istisna edilir. Ona görə ki, daşınmaz əmlakın istifadə hüququ (o 

cümlədən kirayə müqaviləsi əsasında əmələ gələn istifadə hüququ) yalnız MM-də və qanunvericilikdə nəzərdə 

tutulan hallarda dövlət qeydiyyatına alınır (MM-in 139.1-ci maddəsi). Qanun isə bu cür göstəriş ifadə etmir. 

Bununla bərabər, şəxslər (o cümlədən mülkiyyətçinin ailə üzvləri) yaşayış binasından istifadə hüququna 

bu şərtlə malikdir ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (MM-in 228.1-ci maddə-

si). Mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma yaşayış binasının tərkib hissəsin-

dən  istifadə  hüququnun  əmələ  gəlməsini,  həyata  keçirilməsi  şərtlərini  və  xitam  olunmasını  müəyyənləşdirir 

(MM-in  228.2-ci  maddəsi).  Belə  hesab  edirik  ki,  qanunun  bu  göstərişinin  yaşayış  otağının  kirayə  müqaviləsi 

üzrə əşyanın istifadəyə verilməsinə heç bir aidiyyəti yoxdur. Ona görə ki, MM yaşayış otağından öhdəlik hüqu-

qu (kirayə müqaviləsi) əsasında yox, əşya hüququ əsasında əmələ gələn istifadə hüququnun daşınmaz əmlakın 

dövlət reyestrində qeydə alınması qaydasını nəzərdə tutur. Lakin qanunun bu göstərişini hərfi mənada yox, ge-



 

504


nişləndirici mənada təfsir etmək lazımdır. Bu onu ifadə edir ki, yaşayış otağından kirayə müqaviləsi əsasında 

ə

mələ gələn istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 



Qanun belə bir göstəriş ifadə edir ki, yaşayış otağından istifadə hüququ kirayənin müstəqil predmeti ola 

bilməz (MM-in 228.3-cü maddəsi). 

Bununla əmlak kirayəsi müqaviləsi barəsində söhbətimizi başa çatdırırıq. Hələ qədim Misirdə bu müqavi-

lə xüsusi əhəmiyyətə malik idi. Babilistanda ən çox istifadə edilən müqavilələrdən biri kirayə müqaviləsi idi. 

Hammurapi Qanunnaməsində torpağın, mənzilin, bağçanın və s. kirayə verilməsi qaydaları göstərilirdi. Bu mü-

qavilə indi də geniş miqyasda tətbiq edilir. Biz tez-tez çadırın, qab-qajağın, stol-stulun və s. kirayəyə verilməsi 

barədə elanlara rast gəlirik. Özü də bizim kirayə barədə qanunvericiliyimizin müəyyən etdiyi qaydalar Avropa 

ölkələrinin qanunvericilik ənənələrinə uyğundur ki, bu, Roma hüququna əsaslanır. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1610   1611   1612   1613   1614   1615   1616   1617   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin