4. Lizinqin beynəlxalq-hüquqi tənzimlənməsi
Beynəlxalq ticarət dövriyyəsində lizinqdən geniş istifadə olunması onun beynəlxalq-hüquqi tənzimlənməsini
zərurətə çevirdi. Bununla yanaşı, lizinq fəaliyyətinin bir sıra ölkələrdə həyata keçirilməsi, beynəlxalq əməkdaş-
lıq sahəsində tətbiq edilməsi və ayrı-ayrı dövlətlərdə hüquqi tənzimetmədə fərqlərin olması beynəlxalq lizinq
haqqında qaydaların unifikasiya olunmasını tələb edirdi. Odur ki, UN DRUA (Xüsusi Hüququn Unifikasiyası
üzrə Beynəlxalq nstitut) tərəfindən beynəlxalq maliyyə lizinqi haqqında konvensiyanın layihəsi hazırlandı.
Layihənin hazırlanmasında Avropa Lizinq Təşkilatı da iştirak etmişdi. 1988-ci il 28 may tarixində Ottava şəhə-
rində (Kanada) 55 dövlətin iştirak etdikləri diplomatik konfransda (lizinq üzrə beynəlxalq konfransda) konven-
siya qəbul olundu. Konvensiya 13 dövlət tərəfindən imzalansa da yalnız 9 dövlət (Fransa, taliya, Nigeriya, Be-
larus, RF, Latviya, Majarıstan, Özbəkistan və Panama) tərəfindən ratifikasiya olunmuşdur. Konvensiya 1 may
1995-ci il tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikası konvensiyanın iştirakçısı deyildir. Lakin
konvensiyanın üzvü olmaq bizim ölkə üçün vacib məsələdir.
Konvensiya 3 fəsil, 25 maddədən ibarətdir. I fəsil (1-6-cı maddələr) konvensiyanın tətbiq sferasına və ümu-
mi müddəalara həsr olunmuşdur. II fəsil (7-14-cü maddələr) tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir.
«Yekun müddəalar» adlı III fəsil özündə 15-25-ci maddələri birləşdirir. Beynəlxalq lizinqi məhdudlaşdıran hü-
quqi maneələri aradan qaldırmaq konvensiyanın əsas məqsədi sayılır.
Konvensiya beynəlxalq kommersiya münasibətinin ən mürəkkəb növlərindən biri olan beynəlxalq lizinq sa-
həsində maddi-hüquqi normaları unifikasiya edir, bu sahədə eyni və vahid hüquqi recim müəyyənləşdirir. Kon-
vensiya beynəlxalq maliyyə lizinqinin xarakterik əlamətlərini də göstərir. Burada beynəlxalq maliyyə lizinq
müqaviləsinə anlayış verən, bu müqavilənin elementlərini tənzimləyən müvafiq normalar nəzərdə tutulmuşdur.
Konvensiyaya görə, lizinqin beynəlxalq maliyyə lizinqinə aid edilməsi üçün lizinq alan və lizinq verənin müx-
təlif ölkələrdə olması tələb edilir. Konvensiya eyni bir ölkədə olan tərəflər arasındakı lizinq münasibətlərini tən-
zim etmir. Konvensiya həm də əsasən şəxsi, ailə və ya ev məqsədləri üçün istifadə olunan əmlakın istifadəyə
verilməsi ilə bağlı yaranan münasibətlərə tətbiq edilmir. Onun nizamasalma predmetinə yalnız o lizinq əqdləri da-
xil ola bilər ki, həmin əqdlər sahibkarlar arasında bağlansın və kommersiya dövriyyəsi çərçivəsində realizə olun-
sun. Deməli, konvensiya adi icarəyə, habelə istehlak məqsədləri üçün icarəyə tətbiq edilmir.
Beynəlxalq səviyyədən başqa, lizinq həm də ayrı-ayrı ölkələrin daxili qanunvericiliyi çərçivəsində tənzimlə-
nir. Qeyd edək ki, xarici dövlətlərin çoxunda lizinqin tənzimlənməsinə həsr olunan xüsusi qanunvericilik aktı
qəbul edilməmişdir. Bu, xarici ölkələrdə lizinqi hüquqi tənzimetmənin xarakterik cəhətidir. Məsələn, lizinqin ən
çox inkişaf etdiyi ABŞ-da lizinq barədə xüsusi qanunvericilik aktı yoxdur. Ona görə də bu ölkədə lizinq müna-
sibətləri əsasən vergini və xüsusi hüququn ayrı-ayrı məsələlərini tənzimləyən aktlardakı normalarla qaydaya sa-
lınır. Amma bəzi ölkələrdə lizinqin tənzimlənməsinə həsr olunan xüsusi aktlar qəbul olunmuşdur. Məsələn,
Fransada lizinq münasibətləri xüsusi qanunla tənzimlənir ki, həmin qanun 1966-cı ildə qəbul olunmuşdur. Bel-
çikada da lizinqə həsr olunan xüsusi akt qüvvədədir ki, həmin akt 1967-ci ildə qüvvəyə minmişdir; bu akt lizinq
fəaliyyəti ilə məşğul olan müəssisələrin hüquqi vəziyyətini müəyyənləşdirir.
RF-də 1998-ci ildə lizinq barədə xüsusi qanun qəbul edilmişdir. Bu qanunda lizinqi hüquqi və təşkilati-iqti-
sadi əsasları müəyyən olunmuşdur. Həmin qanun bu ölkədə lizinq münasibətlərini tənzimləyən əsas nomativ
aktdır. Digər ölkələrdə lizinqi tənzimləmək üçün ayrı-ayrı mülki-hüquqi müqavilələr (alqı-satqı, icarə, kirayə,
kredit və borc müqavilələri) barədə normalar, habelə ticarət adətləri və məhkəmə praktikası tətbiq olunur. O ki
508
qaldı Azərbaycan Respublikasına, qeyd etməliyik ki, bizim ölkəmizdə də 1994-cü ildə «Lizinq haqqında» qa-
nun qəbul olunmuşdu; indi həmin qanun qüvvədən düşmüşdür. Buna görə də lizinq münasibətləri əsasən Mülki
Dostları ilə paylaş: |