Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1619/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1615   1616   1617   1618   1619   1620   1621   1622   ...   1820
2. Lizinqin əhəmiyyəti 

Lizinq böyük əhəmiyyətə malik olan fəaliyyət növüdür. Bu fəaliyyət növünün iqtisadi mahiyyəti ondan iba-

rətdir ki, o, özündə istehsalın əmək və

 

kapital kimi iki vacib amilini birləşdirir. Bununla lizinq fəaliyyəti işti-

rakçılarının büdjənin formalaşdırılmasında iştirakı təmin olunur və beləliklə, cəmiyyətin sosial-iqtisadi proble-

minin həllinə yardım edilir. Digər tərəfdən lizinqin vasitəsilə istehsal genişlənir və bazar zəruri mallarla təmin 

olunur.  

Lizinq investisiyanın xüsusi formasıdır; onun köməyi ilə investisiya prosesi güjlənir.  nvestisiyanın ənənə-

vi formalarından lizinq bununla fərqlənir ki, o, sənaye müəssisələrinin təzə texniki avadanlıqlarla təmin edilmə-

sində, həmin müəssisələrin bütün istehsal gücü ilə işləməsində, struktur baxımından iqtisadiyyatın bütövlükdə 

yenidən qurulmasında impuls rolunu oynayır. Lizinq müəssisələrini həyata keçirdikləri istehsal fəaliyyətini tex-

niki yeniləşdirmə vasitəsidir. O, imkan verir ki, iqtisadi yüksəliş təmin olunsun, istehsalın həcmi artsın, sağlam 

rəqabət artsın. Buna görə də lizinq fəaliyyəti Ümumdünya Bankı, Avropa Yenidənqurma və  nkişaf Bankı, Av-

ropa  ttifaqı Komissiyası, Avropa  qtisadi Komissiyası və digər beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Li-

zinq vacib üstünlüyü olan fəaliyyət növüdür. Belə ki, yeni avadanlıq satın alarkən lizinq şirkətləri üçün xüsusi 

vergi  güzəştləri  müəyyənləşdirilir.  Digər  tərəfdən  lizinqin  özü  üstünlüyü  olan  mexanizm  deməkdir.  Məsələn, 

vaxtaşırı ödənilən lizinq haqqı məhsulun maya dəyərinə daxil edilə bilər ki, istehsal investisiyasının digər for-

maları bundan məhrumdur. Lizinq fəaliyyətinin effektiv iqtisadiyyatın yaradılmasında vacib rolu vardır. Məhz 

belə iqtisadiyyat bazarı yüksək texnologiyalı, rəqabət qabiliyyətli mallarla təmin edir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1615   1616   1617   1618   1619   1620   1621   1622   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin