lak kirayəsi deməkdir.
Qeyd etməliyik ki, lizinq alan ona verilmiş əmlakdan yalnız istifadə etmir; o, həm də əmlakdan istifadə et-
məklə sahibkarlıq fəaliyyətini həyata keçirir və bunun nəticəsində mənfəət (gəlir) əldə edir. Buna görə də lizinq
icarə deməkdir. Təsadüfi deyildir ki, hüquq ədəbiyyatı səhifələrində lizinqin ingilisjə «leasinq» («to lease»)
ifadəsindən olub «əmlakı almaq və icarəyə vermək» mənasını ifadə etməsi göstərilir.
Beynəlxalq təjrübədə icarənin üç növü fərqləndirilir:
●
rentinq;
●
xayrinq;
●
lizinq.
Rentinq (rentina) qısamüddətli icarədir; bu növ icarənin müddəti bir neçə gündən bir neçə aya kimidir.
Rentinqin predmetini, bir qayda olaraq, nəqliyyat vasitələri, turist malları təşkil edir.
Xayrinq (hiring) ortamüddətli icarəyə deyilir; bu icarə növünün müddəti bir neçə aydan bir ilə kimidir.
Xayrinqin predmeti, adətən, nəqliyyat vasitələri, yol-tikinti maşınları, quraşdırma avadanlıqları və kənd təsərrü-
fatı maşınlarından ibarətdir.
Dostları ilə paylaş: |