3. Lizinqin tarixi və inkişafı
Qeyd etmək lazımdır ki, müasir mənada «lizinq» termini XIX əsrdə yaranmışdır. Lakin lizinq ideyası mahiy-
yətjə yeni deyildir və minillik tarixə malikdir. Belə ki, lizinqə oxşar əməliyyatın aparılması çox-çox əvvəllərə,
qədim zamanlara təsadüf edir.
Lizinq münasibətlərinin ilk dəfə olaraq nə vaxt və harada yaranması iqtisadi və hüquq ədəbiyyatı səhifələrin-
də mübahisə doğurur. Birinci dəfə bu əməliyyatdan nə vaxt və hansı coğrafi məkanda istifadə edilməsi barədə
müəlliflər yekdil fikir söyləmirlər.
Ə
dəbiyyatda belə bir fikir söylənilir ki, lizinq əqdi ilk dəfə Aristotel dövründə (bizim eradan əvvəl IV əsrdə)
bağlanmışdır; «var və sərvət əmlaka mülkiyyət hüququndan yox, ondan istifadə nəticəsində əldə olunur» kimi
söz məhz ona məxsusdur.
Belə bir fikir də mövcuddur ki, lizinqə oxşar əqd hələ qədim Şumer dövlətində bağlanmışdır. Bəzi tədqiqatçı
alimlər göstərirlər ki, bizim eradan əvvəl 5-ci minillikdə Misirdə və Mesopotamiyada lizinqə oxşar əməliyyata
təsadüf olunur. qtisadçı alimlər lizinqin izlərini Hammurapi qanunlarında (b.e.ə 1792-1750) tapırlar. Lizinqdən
ilk dəfə Qədim Romada istifadə olunması fikrini söyləyən müəlliflərə də rast gəlirik. Qeyd olunur ki, IX əsrdə
Venetsiyada lizinqə oxşar əməliyyatın həyata keçirilməsi geniş xarakter almışdır.
Bəzi müəlliflər göstərirlər ki, lizinqdən ilk dəfə orta əsrlərdə ngiltərədə istifadə olunmuşdur. Bu ölkədə li-
zinqin taleyində xüsusən də dəmir yol nəqliyyatının və kömür sənayesinin inkişafı vacib rol oynamışdır.
Qeyd etməliyik ki, ədəbiyyat səhifələrində lizinqdən ilk dəfə ABŞ-da istifadə olunması fikrinə də rast gəli-
rik. Hüquq tarixçiləri göstərirlər ki, «lizinq» termini birinci dəfə məhz bu ölkədə işlədilmişdir. Belə ki, XIX əs-
rin II yarısında «lizinq» sözünün özü ABŞ-da dövriyyəyə daxil edilmişdir. 1877-ci ildə telefon şirkəti «BELL»-
in öz telefon aparatlarının satışını qadağan edən və onların yalnız icarəyə verilməsini nəzərdə tutan qərar qəbul
etməsi ilə «lizinq» terminindən istifadə olunmasının başlanğıcı qoyuldu; bu termin həmin vaxt məhz bununla
bağlı olaraq yaranmışdır. Odur ki, bir sıra müəlliflər göstərirlər ki, XIX əsrin II yarısında müasir mənada lizinq
terminindən istifadə olunmasının başlanğıcı qoyulmuşdur.
Lizinqin müasir tarixi isə XX əsrin ortalarından başlayır. Belə ki, 1952-ci ildə ABŞ-ın San-Fransisko şəhə-
rində ilk lizinq şirkəti («United States Leasing Jorporation») yaradıldı ki, bu şirkətin əsası Henri Şonfeld tərə-
findən qoyulmuşdur. O, haqlı olaraq Amerika lizinqinin atası adlanır. Əsas fəaliyyət predmeti lizinq olan həmin
ş
irkət lizinq əməliyyatının inkişafına güjlü təkan verdi. Bunun nəticəsində lizinq geniş şəkildə ABŞ-da inkişaf
etdi.
lk lizinq şirkətinin yaradılması ilə XX əsrin 50-ci illərində lizinq münasibətlərində əsl janlanma baş verdi.
Müxtəlif istehsal vasitələri (texnoloci avadanlıqlar, maşınlar, dəzgahlar və s.), habelə nəqliyyat vasitələri (gəmi-
lər, təyyarələr və s.) lizinqə verilməyə başladı. Bunu nəzərə alan ABŞ hökuməti lizinq fəaliyyətinin inkişafına
yönələn dövlət proqramı qəbul etdi. Müəyyənləşdirilmiş haqq müqabilində lizinq xidməti göstərən şirkətlər və
firmalar yarandı. Lizinq fəaliyyəti kifayət dərəjədə sürətlə inkişaf etməyə başladı. Bunların nəticəsində ABŞ-da
lizinq biznesinin başlanğıcı qoyuldu.
507
XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq lizinqdən inkişaf etmiş Qərbi Avropa ölkələrində də geniş
istifadə olunur. Həmin vaxt ilk lizinq şirkətləri (cəmiyyətləri) yaradıldı. Hal-hazırda Avropa Lizinq Cəmiyyət-
Dostları ilə paylaş: |