Lizinq (leasing) dedikdə isə uzunmüddətli icarə başa düşülür; icarənin bu növünün qüvvədə olma müddəti 1
ildən çoxdur. Lizinqin predmeti, bir qayda olaraq, dəzgahlar, maşınlar, nəqliyyat vasitələri, tikinti və quraşdır-
ma avadanlıqları ola bilər.
Ə
gər lizinq hüquqi baxımdan icarənin (kirayənin) bir formasıdırsa, iqtisadi planda o, çox vaxt maliyyələş-
dirmə üsulu, kapital qoyuluşunu həyata keçirmə vasitəsi kimi çıxış edir. Belə ki, lizinq predmeti olan əmla-
kı müəyyən satıcıdan satın alaraq müəssisəyə (lizinq alana) verməklə lizinq verən mahiyyətjə öz kapitalını is-
tehsal sferasına investisiya kimi qoyur. Ədəbiyyatda göstərilir ki, «lizinq» sözü pul – investisiya qoymaq de-
məkdir. Satın alınmış həmin əmlakın müəssisəyə (lizinq alana) icarəyə verilməsi əməliyyatı maliyyə xarakteri
daşıyır və maliyyə əməliyyatı kimi çıxış edir. Bununla lizinq verən lizinq alana bir növ maliyyə krediti verir
ki, həmin kredit xüsusi şərtlər əsasında qaytarılır. Odur ki, mahiyyətjə lizinq kredit əməliyyatı sayılır. Təsadüfi
deyildir ki, beynəlxalq hüquqda o, kredit-kirayə adlanır. Amma lizinq kreditdən (kreditləşmədən) üstün olan,
daha yüksək səviyyəli maliyyə əməliyyatıdır. Belə ki, bankdan kredit almaq kifayət qədər xərc çəkilməsinə sə-
bəb ola bilər; digər tərəfdən kredit verərkən bank gələjək borclunun (yəni kredit alanın) maliyyə vəziyyətini,
«kredit tarixçəsini» (dosyesini) diqqətlə təhlil edir ki, bundan asılı olaraq o, kredit verilib-verilməməsi məsələ-
sini həll edir. Bəzən kredit verilməsi barədə müsbət qərar qəbul olunmur.
Göstərilənlərdən başqa lizinq bir sıra kompleks məsələləri həll etməyə imkan verir. Bu məsələlərə aiddir:
sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əmlak əldə etmək və ondan istifadə etmək; əmlakdan istifadə et-
mək müddətini uzatmaq; həmin əmlaka mülkiyyət hüququ əldə etmək. Kredit əməliyyatı, ümumiyyətlə, heç bir
ə
məliyyat (məsələn, nisyə alqı-satqı) bu kimi kompleks məsələləri həll edə bilmir.
Lizinq sahibkarlıq fəaliyyətinin xüsusi xarakterli bir sahəsidir. Maliyyə əməliyyatı kimi o, sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsində vacib rol oynayır. Belə ki, lizinq sahibkarlıq fəaliyyətinə investisiya qoyul-
masının xüsusi formasıdır. Buna görə də lizinq münasibətlərinin əsas iştirakçıları sahibkarlardır. Digər tərəf-
dən lizinq əməliyyatının əsas sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarətdir.
Təsadüfi deyildir ki, Almaniya hüquq doktrinasında lizinq sahibkarlıq (ticarət) əqdi kimi xarakterizə olunur.
Lakin lizinq xüsusi razılıq (lisenziya) tələb olunan, yəni lisenziyalaşdırılmış növünə aid olunmur. Buna görə
də lizinq əməliyyatını həyata keçirmək üçün hər hansı dövlət orqanından xüsusi razılıq (lisenziya) alınması tə-
ləb edilmir.
Qeyd etməliyik ki, müəyyən hallarda müəssisənin kommersiya fəaliyyətini həyata keçirmək üçün ilkin kapi-
talı olmur. Lizinq xidmət növündən istifadə etməklə müəssisə ilkin kapitalı – lizinq avadanlığını əldə edir. Li-
zinq avadanlığını maddi imkana malik olan bank, lizinq şirkətləri və s. alıb, həmin müəssisəyə uzun müddətə
icarəyə verir. Belə halda bank, lizinq kompaniyası icarəyə verən, müəssisə isə icarəçi rolunda çıxış edir. Bu cür
avadanlığı on və daha çox ildən sonra icarəyə verəndən satın almaq mümkün olur. Həmin avadanlığın satın
alınması üçün lazım olan pul vəsaiti lizinq avadanlığından istifadə etmək yolu ilə əldə edilir və qazanılır. Belə-
liklə, lizinq xidmət növündən istifadə etmək müəssisə üçün iqtisadi cəhətdən səmərəli və faydalı olur.
Söylədiklərimizdən belə məlum olur ki, güjlü maddi və maliyyə imkanlarına malik olan banklar, lizinq şir-
kətləri və s. mülkiyyət hüququ əsasında maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri, istehsal qurğuları alıb, onla-
rı kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyən, lakin kapitaldan (maddi vəsaitdən) məhrum olan müəssisələ-
rə (firmalara) 5-8 və daha çox müddətə icarəyə verir. carəçi müəssisə icarəyə götürdüyü əmlakdan istifadəyə
görə vaxtaşırı olaraq icarəyə verən banklara, lizinq şirkətlərinə və s. ödəniş verir. Bu vəsaiti o, əmlakdan istifa-
də nəticəsində qazanır. Razılaşdırılmış müddət qurtardıqdan sonra icarəçi lizinq avadanlığını satın ala bilər. Bu-
nun üçün qalıq məbləğini ödəyir və avadanlıq üzərində mülkiyyət hüququ qazanır. əgər bu mümkün olmazsa,
506
istifadə müddətinin uzadılması barədə tərəflər razılığa gələ bilərlər, yaxud lizinq avadanlığı mülkiyyətçinin
özünə qaytarılır. Bax, lizinq adlı əməliyyatın və xidmət növünün mahiyyəti və məzmunu da bundan ibarətdir.
Dostları ilə paylaş: |