mal göndərən (verən) deyilir. Satın alınaraq müəssisənin müvəqqəti istifadəsinə verilən əmlak isə lizinq əmla-
kı və ya lizinq avadanlığı adlanır.
Bankla (lizinq verənlə) satıcı arasında münasibətlər alqı-satqı müqaviləsi, müəssisə ilə (lizinq alanla) bank
(lizinq verən) arasındakı münasibətlər isə lizinq müqaviləsi ilə rəsmiləşdirilir.
Lizinq dedikdə, kompleks xarakterli elə bir əmlak münasibəti başa düşülür ki, bu münasibətə görə bir
tərəfin (lizinq alanın, istifadəçinin) müraciətinə əsasən digər tərəf (lizinq verən, ixtisaslaşdırılmış şirkət)
dəqiq olaraq müəyyənləşdirilmiş satıcıdan xüsusi olaraq lizinq alan üçün əldə etdiyi əmlakı onun müvəq-
qəti istifadəsinə verir, lizinq alan isə bunun əvəzində haqq ödəyir.
Göründüyü kimi, lizinq müəyyən əmlakın haqq müqabilində kirayəyə verilməsidir. Belə ki, lizinq verənin
pulunu tam ödəyib satıcıdan aldığı əmlak lizinq alanın müvəqqəti istifadəsinə verilir. Təsadüfi deyildir ki, lizinq
ingilisjə «lease» sözündən olub, əmlakı alıb müvəqqəti istifadəyə vermək mənasını bildirir. Odur ki, lizinq əm-
|