alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq verən tərəfindən satın alınan əm-
lak xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Bu, lizinq əməliyyatının xarakterik xüsusiyyətlərindən biri-
dir. Digər tərəfdən alqı-satqı müqaviləsində həm də nəzərdə tutulmalıdır ki, lizinq alan bu müqavilədən irəli gə-
lən alıcı hüquqlarına malikdir. Məhz bu səbəbdən lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi üçüncü şəxsin
xeyrinə bağlanan müqavilə hesab edilir ki, bu müqavilənin hüquqi cəhətləri MM-in 403-cü maddəsində göstə-
rilmişdir.
kinci müqavilə isə lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsidir. Bu, ikitərəfli əqd
olub, lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi ilə sıx surətdə bağlıdır. Lakin lizinq münasibətlərinin iştirak-
çılarından (subyektlərindən) biri olan satıcı lizinq müqaviləsinin bağlanmasında iştirak etmir.
Lizinq münasibətlərini (əməliyyatlarını) rəsmiləşdirməyin ikinci hüquqi forması üçtərəfli müqavilədir. Bu
müqavilənin bağlanmasında üç tərəf (satıcı; lizinq alan; lizinq verən) iştirak edir. Beynəlxalq maliyyə lizinqi
haqqında konvensiyaya görə lizinq münasibətləri məhz üçtərəfli müqavilə şəklində rəsmiləşdirilir.
Dostları ilə paylaş: |