¨ 3. Lizinq müqaviləsinin elementləri
1. Lizinq müqaviləsinin predmeti (obyekti)
Lizinq müqaviləsinin predmeti dedikdə, lizinqin obyekti, yəni lizinq münasibətlərinin (əməliyyatlarının)
obyekti başa düşülür. stifadəyə (lizinqə) hansı əşya verilərsə, o əşya da lizinq müqaviləsinin predmeti hesab
edilir. Deməli, lizinq müqaviləsinin predmeti lizinqə verilən əşyadır; ona lizinq əmlakı deyilir. O, bəzən lizinq
avadanlığı adlanır. Beynəlxalq maliyyə lizinqi barədə konvensiyada məhz bu termin işlədilir.
Lizinq əmlakının iki əsas xarakterik cəhəti vardır. Birinci cəhət ondan ibarətdir ki, lizinq əmlakı gəlir və
mənfəət vermək qabiliyyətli əmlak olmalıdır; həmin əmlak yalnız ona görə lizinqə verilir ki, ondan gəlir və
mənfəət götürmək mümkün olsun. kincisi, lizinq əmlakından lizinq alan əsasən sahibkarlıq məqsədləri
Dostları ilə paylaş: |