Lizinq müqaviləsinin tərəfləri dedikdə, bu müqavilənin bağlanmasında iştirak edən şəxslər başa düşülür.
Söhbət iki tərəfdən gedir: lizinq verən; lizinq alan. Buna görə də satıcı lizinq müqaviləsinin tərəfi hesab olun-
mur.
Ə
gər lizinq münasibəti üçtərəfli müqavilə şəklində rəsmiləşdirilərsə, onda «lizinq münasibətinin subyektlə-
ri» və «müqavilənin tərəfləri» anlayışları üst-üstə düşür. Belə ki, bu kimi halda üç şəxs həm müqavilənin tərəf-
ləri, həm də lizinq münasibətinin subyektləri hesab olunurlar.
Lizinq müqaviləsinin tərəfləri lizinq müqaviləsinin subyektləridir. Buna görə də lizinq müqaviləsinin bağ-
lanmasında tərəf kimi iştirak etməyən satıcı müqavilənin subyekti sayılmır. Odur ki, qanunverici qeyri-dəqiqli-
yə yol verərək satıcını lizinq müqaviləsinin subyektləri sırasına aid edir (MM-in 747-ci maddəsi). Satıcı lizinq
müqaviləsinin subyekti yox, lizinqin subyektidir və ya lizinqin iştirakçısıdır.
Dostları ilə paylaş: |