müddətli müqavilədir. Məhz bu səbəbdən lizinq müqaviləsi qeyri-müəyyən müddətə (müddətsiz), yəni müd-
dət göstərilmədən bağlana bilməz. Bunu nəzərə alan bəzi müəlliflər müddəti lizinq müqaviləsinin mühüm şərti
hesab edirlər.
Lizinq müqaviləsinin müddətini tərəflər özləri müəyyənləşdirirlər. Lakin bu zaman belə bir tələbə əməl
olunmalıdır: lizinq müqaviləsinin müddəti bu müqavilənin predmeti olan əmlakın tam amortizasiyası
(tam köhnəlməsi) ilə başa çatmamalıdır (MM-in 747.3-cü maddəsi).
Müddətinə görə lizinq müqaviləsinin üç növü fərqləndirilir:
●
qısamüddətli lizinq müqaviləsi;
●
ortamüddətli lizinq müqaviləsi;
●
uzunmüddətli lizinq müqaviləsi.
Qısamüddətli lizinq müqaviləsi odur ki, bu müqavilə əmlakın 1 ildən 1 il 6 aya kimi istifadəyə verilməsini
nəzərdə tutur. Ortamüddətli lizinq müqaviləsi dedikdə, lizinq əmlakının 1 il 6 aydan 3 ilə kimi istifadəyə ve-
rilməsini nəzərdə tutan müqavilə başa düşülür. Uzunmüddətli lizinq müqaviləsinə görə lizinq əmlakı 3 ildən
çox müddətə lizinq alanın istifadəsinə verilir. Beynəlxalq praktikaya lizinq müqaviləsinin 10 il, 15 il, 20 il və
daha uzun müddətə bağlanması məlumdur.
Qiymət də lizinq müqaviləsinin əsas elementlərindən sayılır. Lizinq müqaviləsinin qiyməti dedikdə, lizinq
ödənişləri başa düşülür. Qanun lizinq müqaviləsinin bu elementinə ayrıca norma həsr etmişdir (MM-in 748-10-
cu maddəsi).
Dostları ilə paylaş: |