Lizinq verən dedikdə, satıcıdan əldə etdiyi əmlakı lizinq alana müvəqqəti, müddətli və əvəzli istifadəyə ve-
rən şəxs başa düşür. Bir qayda olaraq, lizinq verən rolunda sahibkar statusu olan fiziki şəxslər (fərdi sahibkar-
lar), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) çıxış edə bilər. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul ol-
mağa icazə verilərsə, qeyri-kommersiya təşkilatlarının lizinq verən ola bilmələri mümkündür.
Lizinq verən rolunda, adətən, ixtisaslaşdırılmış lizinq şirkətləri, habelə banklar çıxış edirlər. Lizinq şirkəti
dedikdə, elə bir maliyyə şirkəti başa düşülür ki, o, lizinqə verilən əmlakın satın alınmasını rəsmiləşdirir və ma-
liyyələşdirir. Son zamanlar bəzi xarici ölkələrdə lizinq verən rolunda sığorta şirkətləri və pensiya fondları da çı-
xış edirlər. Lizinq verənin səlahiyyətli dövlət orqanından xüsusi razılıq (lisenziya) alması tələb edilmir. Belə ki,
lizinq lisenziyalaşdırılmış fəaliyyət növü sayılmır və prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq
olunmuş xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısından çıxarılmışdır.
Lizinq alan dedikdə, elə bir şəxs başa düşülür ki, lizinq əmlakı müvəqqəti, haqqı ilə məhz onun istifadəsinə
verilir. Həm fiziki şəxslər (sahibkar statusu olan fiziki şəxslər), həm də hüquqi şəxslər (kommersiya təşkilatları)
lizinq alan rolunda çıxış edə bilərlər. Lizinq alan sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. Bu, məlum mə-
sələdir. Belə ki, lizinq əmlakından, adətən, sahibkarlıq məqsədləri üçün istifadə edilir. Digər tərəfdən lizinq mü-
qaviləsinin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarətdir. Əgər sahibkarlıq
fəaliyyəti ilə məşğul olmağa icazə verilərsə, qeyri-kommersiya təşkilatları da lizinq alan rolunda çıxış edə bilər-
lər.
Xarici ölkələrdə lizinq alan qismində avadanlıqlarının yeniləşdirilməsinə ehtiyacı olan istehsal şirkətləri (sə-
naye, tikinti, nəqliyyat və s. müəssisələri) iştirak edir. Lizinq müqaviləsi icarə müqaviləsinə oxşadığına görə bə-
zi ölkələrdə lizinq alan icarəçi, lizinq verən isə icarəyə verən adlanır.
Dostları ilə paylaş: |