müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə təqdim etməlidir. Başqa sözlə de-
sək, lizinqə verilən əmlak saz və istifadə üçün yararlı halda olmalıdır.
Lizinq obyekti olan əmlak lizinq alana bilavasitə lizinq verən tərəfindən təqdim olunur. Qanunun ifadə etdi-
yi göstərişdən belə nəticəyə gələ bilərik ki, satıcı əmlakı lizinq verənə verir (MM-in 748-6.1-ci maddəsi). Bun-
dan sonra o da öz növbəsində əmlakı lizinq alana təqdim edir. Bununla yanaşı, lizinq müqaviləsində nəzərdə tu-
tula bilər ki, əmlakı lizinq alana lizinq verən yox, satıcı təqdim etsin. Belə halda əmlakı lizinq alana satıcı (mal
göndərən) verir. Məhz bu cəhət adi alqı-satqı müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqaviləyə çevirir;
lizinq alan isə üçüncü şəxs sayılır.
Lizinq verən lizinqin obyekti olan əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verir. Belə halda o, həmin əm-
laka mülkiyyət hüququnu itirmir, əksinə saxlayır. Ona görə ki, lizinq alana istifadəyə verilmiş lizinq obyekti li-
zinq verənin mülkiyyətidir (MM-in 748-2.1-ci maddəsi). Beləliklə, lizinq obyekti olan əmlak lizinq alana veril-
dikdən sonra lizinq verənin mülkiyyətində qalır. Mühasibat uçotu baxımından bu fakt lizinq verənin balansında
olmaq kimi əks olunmalıdır. Amma lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq obyekti olan əmlak li-
zinq alanın balansında uçota alınsın (MM-in 748-3-cü maddəsi).
Lizinq verən lizinqə verilən əmlakın pulunu ödəmək vəzifəsi də daşıyır. Belə vəzifə alqı-satqı müqavilə-
sindən yaranır. Əvvəldə qeyd etdiyimiz kimi, lizinq verən satıcı ilə alqı-satqı müqaviləsi bağlayır. Odur ki, o,
alıcı qismində lizinq obyekti olan əmlakın pulunu ödəməlidir.
Lizinq verənin üstünə, həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı əsaslı təmir etdirmə-
lidir (MM-in 748-1.7-ci maddəsi). Bu vəzifə lizinq alana da həvalə oluna bilər. Əsaslı təmir lizinq obyekti olan
ə
mlakın əsas tərkib hissələrinin (detalların, konstruksiyaların, mexanizmlərin, aqreqatların və s.) dəyişdirilməsi-
ni nəzərdə tutur.
Ə
gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq verən lizinq obyektini itirilmə (məhv olma), çatışmaz-
Dostları ilə paylaş: |