Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1611/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1607   1608   1609   1610   1611   1612   1613   1614   ...   1820
§ 

4. 

Yaşayış 

otağının 

(mənzilin) 

kirayəsi 

müqaviləsinin xüsusiyyətləri 

Ə

mlak kirayəsi müqaviləsinin predmetlərindən biri yaşayış otağıdır. Bu müqavilənin əsas iştirakçıları (tə-



rəfləri) vətəndaşlardır. Yaşayış otağının kirayəsi müqaviləsinə görə kirayəyə verəəşyanı kirayəçinin isti-

fadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqa-

vilənin predmeti yaşayış otağıdır. 

Sovet mülki qanunvericiliyinə görə, yaşayış otağı (mənzil) kirayəsi müqaviləsi öhdəliyin (mənzil öhdəli-

yinin) müstəqil bir növü hesab edilirdi. 1937-ci ildə sovet mənzil qanunvericiliyi bu müqaviləni əmlak kirayəsi 

müqaviləsindən müstəqil bir müqavilə növü kimi ayırdı. 1937-ci ilə kimi 1922-ci il Mülki Məcəlləsi bu sahədə 

inqilabaqədərki Rusiya mülki qanunvericiliyinin ənənələrini davam etdirirdi. Belə ki, mənzil kirayə müqaviləsi 

müstəqil müqavilə növü kimi ayrıca olaraq tənzimlənmirdi. 1922-ci il MM-i yalnız əmlak kirayəsi müqaviləsini 

nizama  salırdı.  Bununla  belə,  1922-ci  il  MM-nə  görə  əmlak  kirayəsi  müqaviləsini  qaydaya  salan  normalar 

özündə bəzi xüsusi mənzil normalarını da birləşdirirdi. 

1937-ci ildə sovet mənzil qanunvericiliyinin mənzil kirayə müqaviləsini müstəqil müqavilə kimi ayırma-

sına baxmayaraq, o dövrün hüquq ədəbiyyatında bu müqavilənin əmlak kirayəsinin yarımnövü hesab edilməsi 

və onun tənzimlənməsində əsasən əmlak kirayə normalarının və qaydalarının tətbiq edilməsi barədə fikir irəli 

sürülürdü. Bu mövqe müasir dövrdə bəzi müəlliflər tərəfindən dəstəklənir. 

1964-cü  il  MM-də  (o  cümlədən,  keçmiş  müttəfiq  respublikaların  məcəllələrində),  həmçinin  1961-ci  il 

Mülki  Qanunvericiliyin  Əsaslarında  mənzil  kirayə  müqaviləsi  müqavilə  hüququnda  müstəqil  yer  tutdu.  Bu 

məcəllə  nisbətən  əhatəli  şəkildə  mənzil  kirayə  müqaviləsini  nizama  salırdı.  Mənzil  kirayəsinin  mülki-hüquqi 

tənzimlənməsinə ayrıca fəsil (30-cu fəsil, 299-334-cü maddələr) həsr edilmişdi. 

80-ci  illərin  ortalarında  Azərbaycan  Respublikasının  Mənzil  Məcəlləsi  qəbul  edildi.  Bununla  əlaqədar 

olaraq  MM-də  yaşayış  kirayə  müqaviləsinə  toxunan  yalnız  bir  norma  (299-cu  maddə)  saxlandı  ki,  bu,  rəmzi 

mənanı ifadə edirdi. Bundan sonra 1964-cü il MM-in mənzil kirayəsinə aid olan müvafiq normaları Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 17 fevral tarixli fərmanı ilə MM-dən çıxarılaraq Mənzil Məcəlləsi-

nə daxil edildi. Bununla həmin normalar MM-in tərkibində öz hüquqi qüvvəsini itirdi. Bundan sonra yaşayış sa-

həsinin kirayə müqaviləsi Mənzil Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş şərtlərlə və qay-

dada bağlanır, dəyişdirilir və pozulurdu. 

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi mənzil kirayəsi müqaviləsinə münasibətdə sovet 

mülki  qanunvericiliyində  yaranan  ənənələrdən  imtina  etmişdir.  Buna  görə  mülki  qanunvericilik  bu  baxımdan 

RF-in sovet mülki qanunvericilik ənənələrinə əsaslanan qanunvericiliyindən prinsipial surətdə fərqlənir. Nəzər-

dən keçirdikdə müəyyən etmək olur ki, mənzil kirayəsi barədə bizim mülki qanunvericiliyin nəzərdə tutduğu 




 

503


qaydalar  əynəbi  (xarici)  dövlətlərin  mülki  qanunvericilik  ənənələrinə  söykənir  və  əsaslanır.  Almaniya  mülki 

qanunvericiliyi, Fransa Mülki Məcəlləsi mənzil kirayəsini daşınar və daşınmaz əşyaların kirayəsi ilə bir sırada 

tənzimləyir,  mənzil  kirayəsini  əmlak  kirayəsinin  müstəqil  bir  növü  kimi  nəzərdə  tutmur,  həm  fiziki  şəxslərə, 

həm də hüquqi şəxslərə münasibətdə eyni qaydalar müəyyən edir. 

Həmin ölkələrin qanunvericiliyi mənzil kirayəsinin əmlak kirayə müqaviləsinin müəyyən etdiyi qaydalar 

ə

sasında tənzimlənməsini nəzərdə tutur. Bu məqsədlə də mənzil kirayə münasibətlərini qaydaya salmaq üçün 



ə

mlak kirayəsi barədə normalar özündə mənzil kirayəsinə aid xüsusi normaları birləşdirir. Düzdür, ABŞ-da 

ayrı-ayrı yerli özünüidarəetmə orqanları səviyyəsində mənzil məcəllələri qəbul edilmişdir. Lakin mənzil kirayə-

si üzrə münasibətlərin tənzimlənməsi əmlakın icarəsi çərçivəsində həyata keçirilir. Mənzil kirayə müqaviləsini 

tənzimləmək üçün xüsusi normalar ayrılmamışdır. Beləliklə, bizim qanunvericiliyə görə, yaşayış otağının ki-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1607   1608   1609   1610   1611   1612   1613   1614   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin